Xəbər lenti
Bütün xəbərlər...

Redaktor seçimi
Zümrüd Quluzadə onun adından istifadə edilməsinə etirazını bildirdi ərc edilən kitablardan birinin redaktoru kimi onun adı göstərilib. Zümrüd Quluzadə isə buna etirazını bildirib.
Türkiyə Universitetlərində təhsil almaq istəyənlərə şad xəbər!- ELAN! Türkiyədə Təhsil İmkanı !
Ukranya inqilabı : - FOTOLARDA Ukranya inqilabı : FOTOLARDA
Ukraynada "Berkut" xüsusi polis qrupu ləğv edildi "Berkut"u dinc nümayişçilərə qarşı odlu silahdan istifadə etməkdə günahlandırırlar.
21:11 30 avqust 2013
... dəfə oxunub
+ - print
...

Prezidentin sərəncamı ilə təhsil müəssisələrində çalışan işçilərin əmək haqları 10 faiz artırılıb.

Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

Proses.Az-ın president.az-a istinadən verdiyi məlumata görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Proses.Az

 


Şərhlər
Adınız:
E-poçt:
Yoxlama kodu: 36032
Son xəbərlər