- 13.09.2024 15:31
Əməkdar artistin qızı: “Atamın vəziyyəti çox ağırdır”
“Artıq xəstəxana şəraitində qalması mümkün deyil, evə gətirmişik”.
Proses.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Rafiq İbrahimovun qızı jurnalist, sənətşünas Nisə Rzayeva deyib.
“Həkimlərin də ümidi yoxdur. Atamın vəziyyəti çox ağırdır”, – o qeyd edib.
Nisə Rzayeva atasının səhhəti ilə bağlı Teatr Xadimləri İttifaqının tez-tez maraqlandığını da vurğulayıb: “Bu çətin günlərdə yanımızda olduqlarına görə, Bakı Bələdiyyə Teatrı və İttifaqa minnətdarıq”.