- 20.12.2024 16:08
Astarada qayınata gəlini və dörd nəvəsini evə buraxmır – VİDEO
Astarada ana dörd azyaşlı övladı ilə birlikdə qayınatası tərəfindən yaşadığı evdən qovulub.
Medianews.az Real TV-yə istinadən xəbər verir ki, Azadə Abdullayevanın qalmağa evi var, lakin 2021-ci ildə qayınatası Bakıdan Astaraya köçərək onlara zülm etməyə başlayıb.
A.Abdullayeva bildirib ki, yoldaşı Talehin görmə imkanları məhduddur və başqa gedəcək yerləri də yoxdur:
“Qayınatamın adı Mirzədir, bütün gün evdə olmur, amma axşamlar gələrək övladlarıma qışqırır, bizi evdən qovmaqla hədələyir. Yoldaşıma da deyib ki, məni boşasın. Boşanmadığımız üçün bizi evdən atır”, – o bildirib.
Ətraflı süjetdə: