• 06.09.2024 16:13

“Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim” – 6 uşaq anasının məhkəməsi

“Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim” – 6 uşaq anasının məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1-ci (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə) və 177-ci (oğurluq) maddələri ilə təqsiləndirilən Səbinə Cavanşir qızı Ağayevanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

“Unikal”ın məlumatına görə, hakim məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkən şəxslərin – Lətafət Əzimovanın, Vüsalə Bayramovanın və Nəzakət Abdullayevanın anket məlumatlarını dəqiqləşdirib. Cinayət işində 19 nəfər zərərçəkmiş qismində tanınıb. İlk olaraq Vüsalə Musayeva ifadə verib: “Mənim geyim malları satılan mağazam var, yeni mallar gəlmişdi, başım qarışıq idi. Səbinə 2 saata yaxın guya mallar almaq adı ilə, səmimiliyimdən istifadə edərək mənim çantamdan 240 manat pulumu aparıb”.

Təqsirləndirilən şəxs Səbinə Babayeva oğurluq cinayətini narkotik ehtiyacını ödəmək üçün etdiyini bildirib. Qeyd edək ki, Səbinə Ağayeva dəfələrlə məhkum olunub və 6 uşaq anasıdır.

Digər zərərçəkmiş şəxs Lətafət Əzimova 2160 manat ziyan çəkdiyini bildirib: “Həmin pul onkoloji xəstə olan oğlumun əməliyyat pulu idi, bankdan kredit götürmüşdüm, dörd gün sonra hadisə baş verdi. Hadisədən bir həftə sonra isə əməliyyat olundu. Çantamdan 1 560 manat pulumu və 600 manat dəyərində telefonumu götürüb. Mən Zahid Xəlilov küçəsində yerləşən gözəllik salonunda administrator işləyirəm, hadisə də orada baş verib. Eşitdim ki, həmin gün polis onu tutub, gedib sənədlərimi Yasamal Məhkəməsindən götürsəm də, pul yox idi”.

Səbinə Ağayeva hadisəni törətdiyini və həmin puldan 200 manat xərclədiyini etiraf edib: “Qalan pul isə tutulanda pulqabımda idi”.

Zərərçəkən Nəzakət Abdullayeva “Azadlıq” metrosunun yanında geyim mağazası işlətdiyini qeyd edib: “Bu qadın girdi mağazaya, 4-5 çanta geyim əşyaları yığdı almağa. Sonra çıxdı çölə ki, taksini yola salım, metro ilə gedərəm, hələ alacağım əşyalar var. 3610 manat ziyan çəkmişəm, masanın üstündən qızıl qolbaq, pul və telefonu aparıb. Pulqabımın içindən pulu götürüb özünü zibil qabına atmışdır. Mənim 10 gün idi anam rəhmətə getmişdir. Sən gəlib məndən 4 min manat istəyərdin, verərdim, mənə bu qədər stres yaşatmazdın”.

Məhkəmə prosesi sentyabr ayının 20-nə kimi təxirə salındı.

Qeyd edək ki, 1990-ci il təvəllüdlü Səbinə Ağayeva oğurluq cinayətləri ilə bağlı axtarışda olub və ötən ilin marta ayında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…