• 14.09.2024 10:31

“İndi Nəcməddin Sadıkov ortada yoxdur” – 20 milyonu necə bölüblər?

“İndi Nəcməddin Sadıkov ortada yoxdur” – 20 milyonu necə bölüblər?

Müdafiə Nazirliyində 143 milyonluq yeyinti ittihamı ilə bağlı mühakimə edilən general Nizami Məmmədov və qoşunların maliyyə-xidmət rəislərinin məhkəməsi davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən zabitlərin iki həftə əvvəl qaldırdıqları vəsatətlərə baxılıb. Bundan əlavə, müdafiə tərəfi onları maraqlandıran bir sıra yeni məsələlərə toxunub.

Əvvəlki yazımızda vəsatətlər barədə geniş məlumat vermişdik.

Təqsirləndirilən Bayram Bayramov ona verilmiş ittihamın həcmi ilə bağlı narazılıq etmişdi. İddia edirdi ki, onun adına yazılmış N saylı hərbi hissədəki yeyintinin 719 min manatı ezam olunmuş və ehtiyatdan gəlmiş hərbçilərin xərclərinə sərf olunub. Bayramov bunu müəyyən etmək üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəmişdi.

Bu gün məhkəməyə sədrlik edən hakim Fikrət Əliyev bəyan edib ki, həmin məsələ ilə bağlı Müdafiə Nazirliyinin Hüquq İdarəsinə sorğu göndərilib. Amma hələ cavab verilməyib.

Müttəhim Cəlal Kazımovun mühasibatlıq ekspertizasının təkrar keçirilməsi və hərbi hissələrdə yoxlama aparan şəxslərin şahid kimi məhkəməyə çağırılması istəkləri isə əsassız sayılaraq rədd edilib.

Bundan başqa, Kazımovun vəkili qanunsuz olaraq adlarına pul köçürülmüş şəxslərin dindirilməsini istəyirdi. Burada söhbət hərbi hissədə işləyən maliyyə-xidmət rəislərinin adlarına pul köçürdüyü qohumlarından, həmçinin hərbi hissədə işləməyə-işləməyə adına pul yazılan şəxslərdən gedir.

Dövlət ittihamçısı bu vəsatəti də əsassız hesab edib, dindirilən şahidlərin dediklərini yetərli bilib.

Prosesin davamında təqsirləndirilən Vüsal Əlizadə ipotekada olan 120 min manatlıq evini dövlətə dəymiş ziyanın ödənilməsi üçün satmaq istədiyini deyib. Amma bu məsələdə ziddiyyət yarandığını məhkəmənin diqqətinə çatdırıb. Əlizadənin dediyinə görə, həbs olunduqdan sonra əvvəlki aylarda evin kreditini ardıcıl ödəyib. Amma bir neçə ay sonra bank ona ödəmə qrafiki verməyib. Buna görə də krediti ödəyə bilməyib.

Onun ifadəsindən məlum olub ki, krediti ödəyə bilmədiyinə görə hazırda bank onu məhkəməyə verib. İş Laçın Rayon Məhkəməsinin icraatındadır. Əlizadə bu məsələnin həlli üçün məhkəmədən kömək istəyib.

Hakim Fikrət Əliyev təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, bu məsələ başqa işin predmetidir. Həmin işə müdaxilə edilə bilməz. Hakim işin aydınlaşdırılmasını özlərinə həvalə edib.

Vüsal Əlizadənin başqa ünvanda yerləşən 101 min 632 manatlıq, Cəlal Kazımovun isə 110 minlik evi satılaraq pulu dövlət hesabına qoyulub. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilib.

Təqsirləndirilən şəxslərin istəyi ilə dövlətə dəymiş ziyanın bu günə kimi ödənilmiş hissəsini dəqiqləşdirmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilib.

Fotoda general Nizami Məmmədov

Artıq bir neçə iclasdır, xüsusilə general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bu işdə əvvəl təqsirləndirilən, sonradan şahid qismində tanınmış polkovnik Rafail Xələfovun məhkəmədə təkrar dindirilməsini istəyir. Eyni zamanda təqsirləndirilən şəxslərin özləri də barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş Xələfovun yenə dindirilməsində maraqlıdırlar:

“Rafail Xələfov bütün işlərin mərkəzində olan adamdır. Hər dəfə də ziddiyyətli danışıb. Özündən aşağı vəzifədə olanlara başqa, yuxarıda olanlara başqa şeylər deyib. Bizim ona əlavə suallarımız var. Xahiş edirik, çağırın, gəlsin”, – deyə vəkil vəsatətinə əlavə edib.

Məhkəmə bu dəfə müdafiə tərəfinin vəsatətini əsaslı sayaraq təmin edib. Qərarda deyilir ki, Rafail Xələfov qaranlıq qalan məsələlərə aydınlıq gətirilməsi üçün yenidən məhkəmədə ifadə verməlidir.

Generalın digər vəkili Cahangir Cavadovun vəkili isə istintaqın yekunlaşma ərəfəsində olduğunu nəzərə alaraq, başqa bir məsələyə diqqət çəkib. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Məlikməmməd Qurbanov ifadəsində demişdi ki, 5 il ərzində şirkətlərlə əməkdaşlıqdan 20 milyon manat pul qazanıb. Həmin pulun 19 milyon 600 min manatını isə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova verib, 400 mini isə özünə qalıb:

“Qurbanov əlavə edib ki, Nəcməddin Sadıkov həmin 19 milyon 600 mindən 800 min manatını müvəkkili Nizami Məmmədova göndərib. Lakin bunu təsdiq edən heç bir sənəd yoxdur.

Nizami Məmmədov özü də Qurbanovun yalan danışdığını dedi. İndi bunu dəqiq müəyyən etmək də mümkün deyil. Çünki Nəcməddin Sadıkov ortada yoxdur. Hökmdə bunun nəzərə alınmasını xahiş edirəm”.

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2022-ci ildə Müdafiə Nazirliyindəki qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri – polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…
İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Proses.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. İş və istirahət günlərinin ardıcıllığını…
İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

Qarabağ Universitetində yeni təyinat olub. Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq…
Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Rəsmilər nə təkzib, nə təsdiq edir; təhlükəsizlik eksperti: “Müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar doğrudur, amma…” COVİD-19 pandemiyası ilə əlaqədar…