- 05.11.2024 15:41
“O qadında ki, abır, həya, ismət olmadı ona xanım söhbəti yaraşmır”
“Müğənnilər efirdə oturub, özlərini elə aparıb, görsədirlər ki… Amma onlar o deyillər. Hamı da bunu bilir”.
Milli.Az xəbər verir ki, bu sözləri meyxanaçı İntiqam Rüstəmov qonaq olduğu “Rəngarəng” verilişində deyib.
Meyxanaçı qadın müğənnilərinə “xanım” deyə müraciət etməməsinin səbəbini belə açıqlayıb:
“”Xanım” və “bəy” sözü mənim üçün müqəddəsdir. “Gedə”yə “bəy”, hər qadına da mən “xanım” deyə bilmərəm. Xanım ən birinci mənim üçün anam olub. Allah ona rəhmət eləsin. O qadında ki, abır, həya, ismət olmadı ona xanım söhbəti yaraşmır. Mən qadın müğənnilərini görəndə onlara adı ilə və ya “gözəl insan” deyərək müraciət edirəm. Xanım demirəm”.