- 19.12.2024 13:57
Meyiti tapılan blogerin həkimindən AÇIQLAMA: “Ölənin arxasıyca danışmazlar”
Xəbər verdiyimiz kimi, Bakıda 23 yaşlı Nərmin İsgəndərova doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib və əməliyyatdan sonra ölüb.
Məsələ ilə bağlı sözügedən həkim Milli.Az-a açıqlama verərək bildirib ki, hər şey ekspertiza rəyindən sonra məlum olacaq.
“Ölənin arxasıyca danışmazlar amma mən sübütları göstərə bilərəm”.
Həkimə ünvanlanan digər suallara isə hazırda cavab vermək istəmədiyini bildirib. O pasienti dəfələrlə klinikaya dəvət eləsə də, xanımın gəlmədiyi deyib.