- 19.12.2024 17:24
Qafar Dəmirçinin atası üzr istədi – VİDEO
Xəbər verdiyimiz kimi, “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Qafar Dəmirçi həbs edilib.
Medianews.az xəbər verir ki, onun atası “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi üzr istəyib.
Qeyd edək ki, Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.
Məlumat üçün deyək ki, bu yaxınlarda Dəmirçilərin meşələrə qənim kəsildiyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Həmin xəbərlərdə deyilir ki, Dəmirçilər Şəkidə 800 hektara yaxın ərazidə ağacları kürətdirib. İddia olunur ki, 2021-ci ildə sözügedən şəxslərə məxsus “Monte Ferro” şirkəti Şəkidə geniş bir ərazini zəbt edərək özəlləşdirib.