• 20.12.2024 10:52

Abituriyentlərə xüsusi aparat satan şəxsə – 3 illik cəza verildi

Abituriyentlərə xüsusi aparat satan şəxsə – 3 illik cəza verildi

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarına qaydalarla bağlı çağırış edib.

Bu barədə Proses.az-a DİM-dən verilən məlumatda bildirilib.

“Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda əsas məsələlərdən biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştirakçıların bərabər şərtlər altında imtahan verməsi, davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.

Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarını maarifləndirmək, həmçinin baş verə biləcək pozuntu hallarını törətməkdən çəkindirmək məqsədilə mütəmadi olaraq imtahanlardan dərhal sonra hər hansı qayda pozuntusu baş veribsə, bununla bağlı məlumat təqdim edir.

Məlum olduğu kimi, imtahanlarda əsasən mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, öz yerinə başqasını göndərmək, köçürməyə cəhd və digər hallara rast gəlinir.

İstər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları DİM əməkdaşları, zərurət olduqda isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Xatırlayırsınızsa, bir neçə il bundan öncə saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmə faktları aşkar olunmuşdur və cinayət işi başlanılaraq həmin şəxslər barədə müvafiq qərarlar qəbul olunub.

Bu yaxınlarda isə ötən il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında baş verən qayda pozuntuları ilə bağlı Dövlət İmtahan Mərkəzinin hüquq mühafizə orqanlarına müraciəti əsasında başlanılmış cinayət işinə lazımi hüquqi qiymət verilib.

Belə ki, 2023-cü ilin iyul ayında keçirilən qəbul imtahanlarında bir imtahan iştirakçısında binanın girişində yoxlama zamanı komplekt halda xüsusi ötürücü qurğu (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkar olunub.

Abituriyent imtahandan kənarlaşdırılandan sonra həmin qurğular hüquq-mühafizə orqanlarına təqdim edilib və aparılan araşdırmalar nəticəsində həmin cihazların satışını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Onun müxtəlif sosial şəbəkə hesablarında imtahanlarda istifadə etmək üçün satışı qadağan olunmuş mikroqulaqlıqlarla bağlı iştirakçılara çoxsaylı müraciətlər etdiyi müəyyən olunub.

Həmin şəxs artıq cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək”, – məlumatda vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Türkiyədə azərbaycanlı qız cərrahi əməliyyatdan sonra vəfat edib. 2010-cu il təvəllüdlü Məleykə Qoşqar qızı Abışova iki gün əvvəl onurğa əyriliyindən…
Dollarla bağlı yeni qərar verildi

Dollarla bağlı yeni qərar verildi

Xəbər verdiyimiz kim, “Federal Ehtiyatlar Sistemi” (“FED”) faiz dərəcəsində 25 baza bəndi azalma olduğunu elan etdi. Federal fond dərəcəsi 4,75%-dən…
Bakıda bu binada qaz sızması var – Partlayış ola bilər – VİDEO

Bakıda bu binada qaz sızması var – Partlayış ola…

Bakının Şəmsi Rəhimov 58 ünvanında yerləşən 5 mərtəbəli bir binada qaz sızıntısı nəticəsində partlayış təhlükəsi yaranıb. Medianews.az xəbər verir ki,…
“Bir də mahnı oxusam, Allah bəlamı versin”

“Bir də mahnı oxusam, Allah bəlamı versin”

Məşhur müğənni Serdar Ortaç qatıldığı verilişlərin birində borclarından danışıb. Sosial mediada da aktiv olan məşhur müğənni proqramda çıxış edərkən həyatın…
“Bank işçiləri heç vaxt PİN kod tələb etmir” – DİN-dən çağırış

“Bank işçiləri heç vaxt PİN kod tələb etmir” –…

“Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər”. Proses.az xəbər…
Öldürmək üçün sevgilisindən “yem” kimi istifadə etdi – FOTO

Öldürmək üçün sevgilisindən “yem” kimi istifadə etdi – FOTO

Türkiyənin Adana şəhərində baş verən qətlin səbəbi məlum olub. Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Musa D. əmisi və əmisi…
DYP sürücülərə çağırış etdi

DYP sürücülərə çağırış etdi

“Qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir”. Proses.az xəbər verir ki, bu barədə Baş Dövlət…
Xalq artistinin oğlunun dediyi sözlər göz yaşlarını “sel etdi” – VİDEO

Xalq artistinin oğlunun dediyi sözlər göz yaşlarını “sel etdi”…

Xalq artisti Simarə İmanova “Qonaqcanlı” verilişinin qonağı olub. Muğam ustasını doğum günü efirdə qeyd olunub. Sənətkarın oğlunun təbriki isə onu…
Azərbaycanda satılan bu maşınları almaq məsləhət görülmür

Azərbaycanda satılan bu maşınları almaq məsləhət görülmür

Məlum məsələdir ki, bir çox ölkələrdə, xüsusən də, Yaponiyada avtomobillərin sükanı sağ tərəfdə olur. Ölkəmizə belə maşınların gətirilməsi qadağan olduğundan…
Qaz limiti ilə bağlı vacib XƏBƏR

Qaz limiti ilə bağlı vacib XƏBƏR

Hər il olduğu kimi 2024-cü ilin sonunda qaz sayğaclarında limitlərin yenilənməsi baş verəcək. Proses.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə…
Həmin direktorun diplomu saxta imiş – 98 minlik dələduzluq

Həmin direktorun diplomu saxta imiş – 98 minlik dələduzluq

Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktoru Əzizə Abdıyevaya qarşı dələduzluq etmiş şəxslərin məhkəməsi başa çatıb.…
Azərbaycanda aktyor vəfat etdi – FOTO

Azərbaycanda aktyor vəfat etdi – FOTO

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov vəfat edib. Proses.az report-a istinadən xəbər verir ki, aktyor uzun müddət səhhətində yaranmış…
Əsədin arvadı Moskvada xərçəngdən müalicə alır

Əsədin arvadı Moskvada xərçəngdən müalicə alır

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin ölkələrində baş verən hadisələrdən bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyindən…
4 milyon manat necə ələ keçirilib? – Zeynal Usubovun da pulu gedib

4 milyon manat necə ələ keçirilib? – Zeynal Usubovun…

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın…
Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycan-Ermənistan sərhəddində 4.8 gücündə zəlzələ baş verib.  Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb.…