- 20.12.2024 12:29
Bakıda saxta dollarlar yayılıb – DİQQƏT
Bakıda saxta valyuta ilə mobil telefon və elektron cihazların alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı polis əməliyyat keçirib.
Proses.az xəbər verir ki, paytaxt sakini 4 nəfər naməlum şəxsin ondan satışa qoyduğu 3 ədəd mobil telefonu alaraq əvəzində 5000 ABŞ dolları verdiyini, sonradan həmin əsginasların saxta olması ilə bağlı polisə müraciət edib.
Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı İsmayılov Elnur, 60 yaşlı Nəsrullayev İrac, 44 yaşlı Vəliyev Asif və 33 yaşlı Məmmədov İlham müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır, saxta valyutanın mənbəyi öyrənilir.