• 23.12.2024 16:08

Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə!

Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə!

1 yanvar 2025-ci ildən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək.

Proses.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında məlumat verib.

Belə ki, bu tarixdən etibarən Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.

“Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

Azərbaycan vətəndaşı Rusiya Federasiyasının dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət Azərbaycan vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyası vətəndaşı, adıçəkilən ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan vətəndaşının özü tərəfindən edilə bilər.

Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət qəbul edən tərəfindən ediləcəyi təqdirdə Azərbaycan vətəndaşı ona müvafiq sənədləri (miqrasiya kartını və şəxsiyyətini təsdiq edən sənədi) təqdim etməlidir. Qəbul edən tərəf olduğu yer üzrə qeydiyyat ilə bağlı öhdəlikləri yerinə yetirdikdən sonra Azərbaycan vətəndaşına miqrasiya uçotunun təsdiqinə dair bildirişin əcnəbidə qalan hissəsini verir.

Azərbaycan vətəndaşı özü də müstəqil şəkildə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri ilə bağlı bölmələrinə müraciət etmək hüququna malikdir. Həmçinin, belə müraciət dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz vasitəsi ilə də edilə bilər”, – Xidmət rəisi qeyd edib.

Azərbaycan vətəndaşı aşağıda göstərilən hallarda isə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı vahid portal üzərindən (vahid dövlət və bələdiyyə xidmətləri portalı) elektron qaydada müraciət edə bilər:

– Azərbaycan vətəndaşının faktiki yaşadığı yaşayış sahəsinə mülkiyyət hüququ olduqda;

– Azərbaycan vətəndaşı qəbul edən tərəf ilə yaşayış sahəsi üzrə icarə müqaviləsi bağladıqda;

– qəbul edən tərəfin Azərbaycan vətəndaşının ölkəyə gəlişinə dair bildirişi təqdim etməsinə mane olan hallar (rəsmi sənədlə təsdiq edilmiş üzrlü səbəb göstərilməlidir) mövcud olduqda.

V.Hüseynovun sözlərinə görə, Azərbaycan vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına səfər edərkən əmək patentinin rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət zamanı (ölkəyə giriş tarixdən 30 təqvim günü ərzində) fotoşəkil çəkdirməli, icbari dövlət daktiloskopik qeydiyyatından və tibbi müayinədən keçməlidirlər:

“Digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən və uzun müddət (90 gündən çox) ölkə ərazisində qalmağı planlaşdıran Azərbaycan vətəndaşları da ölkəyə giriş tarixindən etibarən 90 təqvim günü ərzində qeyd olunan prosedurlardan (fotoşəkilin çəkilməsi, icbari dövlət daktiloskopik qeydiyyatı və tibbi müayinə) keçməlidirlər. Bu prosedurlardan keçmə yaşama icazəsi üçün sənəd təqdim edilməsi zamanı zəruridir. Azərbaycan vətəndaşları daktiloskopik qeydiyyat və fotoşəkil çəkilməsi üçün Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə regional orqanlarına və ya onun tabeliyində olan müəssisələrinə, həmçinin Moskva şəhəri ərazisində yerləşən səlahiyyətli təşkilata müraciət etməli və müvafiq sənəd əldə etməlidirlər.

Əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hallar istisna olmaqla, qalan digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən Azərbaycan vətəndaşları Rusiya Federasiyası ərazisini tərk etmədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün miqrasiya kartında göstərdikləri ölkəyə gəliş məqsədlərini dəyişdirmək hüququna malikdirlər.

Təhsil məqsədi ilə Rusiya Federasiyasına səfər edən Azərbaycan vətəndaşının ölkədə müvəqqəti olma müddəti müvafiq ərizə və Rusiya Federasiyası ərazisində təhsil aldığını təsdiq edən sənədlər əsasında uzadılır.

Rusiya Federasiyasında olma və yaşama qaydalarına riayət etməyən Azərbaycan vətəndaşları barədə məsuliyyət tədbirləri (cərimə, olma müddətinin qısaldılması) və kənara çıxarılma tədbirləri tətbiq edilə bilər.

Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur. Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda (şəxsiyyəti təsdiq edən digər sənəddə) qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Qaz limiti nə vaxt sıfırlanacaq? – Rəsmi AÇIQLAMA

Qaz limiti nə vaxt sıfırlanacaq? – Rəsmi AÇIQLAMA

Yanvarın 1-dən etibarən smartkart tipli sayğaclarda qaz limiti avtomatik olaraq yenilənəcək. Vətəndaşlar alacaqları qazı 1200 kubmetrlik limitlə əldə edəcəklər. Mexaniki…
NATO baş katibi Zelenskidən narazılıq etdi: “Ona dəfələrlə demişəm…”

NATO baş katibi Zelenskidən narazılıq etdi: “Ona dəfələrlə demişəm…”

“Mən Zelenskiyə dəfələrlə demişəm ki, o, Almaniya kansleri Olaf Şoltsu tənqid etməyi dayandırmalıdır, çünki fikrimcə, bu, ədalətsizlikdir”. NATO-nun baş katibi…
ABŞ onu beynəlxalq axtarışa verdi

ABŞ onu beynəlxalq axtarışa verdi

ABŞ Suriyanın Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin sabiq rəisini beynəlxalq axtarış verib. Bu barədə “İnterpol”un saytında məlumat yerləşdirilib. Bildirilib ki,…
Ərdoğan nazirləri iclasa topladı – Bu məsələ müzakirə olunacaq – FOTO

Ərdoğan nazirləri iclasa topladı – Bu məsələ müzakirə olunacaq…

Prezident Ərdoğanın rəhbərliyi ilə Beştəpədə Nazirlər Kabinetinin iclası başlayıb. Sammitin əsas gündəm bəndləri minimum əmək haqqının artırılması və Suriyadakı son…
Ailəsi nişana getdi, evdə arvadını öldürdü – Ağstafadakı hadisənin TƏFƏRRÜATI

Ailəsi nişana getdi, evdə arvadını öldürdü – Ağstafadakı hadisənin…

Ağstafada 23 yaşlı ər 18 yaşlı arvadını öldürüb. Hadisə Vurğun qəsəbəsində qeydə alınıb. O, öz yoldaşını atası evində öldürüb. Valeh…
Ayıq sürücü kimi getmişdi, özü qəzada öldü – FOTO

Ayıq sürücü kimi getmişdi, özü qəzada öldü – FOTO

Dekabrın 22-nə keçən gecə İsmayıllıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatları məlum olub. Proses.az qafqazinfo-ya istinadən xəbər verir…
Minimum aylıq əməkhaqqı artırıldı – Sərəncam

Minimum aylıq əməkhaqqı artırıldı – Sərəncam

Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Proses.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı…
Pensiya, müavinət və təqaüdlər artırıldı

Pensiya, müavinət və təqaüdlər artırıldı

Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq. Proses.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,…
Putin Əliyevi təbrik etdi

Putin Əliyevi təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Proses.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər…
AZTV-nin aparıcısına ağır İTKİ – FOTO

AZTV-nin aparıcısına ağır İTKİ – FOTO

Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətinin rəhbəri, AZTV-nin aparıcısı Namiq Əliyevə ağır itki üz verib. Namiq Əliyevin atası Rafiq Əliyev uzunsürən…
Əli Əsədov vacib qərar imzaladı

Əli Əsədov vacib qərar imzaladı

Azərbaycanda “Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilib. Proses.az xəbər verir ki, müvafiq qərarı Baş nazir…
Feyziyevə 2 milyon “atan” şəxsin bəraəti ləğv edildi

Feyziyevə 2 milyon “atan” şəxsin bəraəti ləğv edildi

Məşhur “Clear” hotelin sahibi kimi tanınan Fəxrəddin Feyziyevin 2 milyonluq işi yenidən araşdırılacaq. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə belə…
Bakıda kilosu 20 manata nar satılır

Bakıda kilosu 20 manata nar satılır

Kiloqramı 20 manata satılan “Sellofan narı” çox məşhurdur, amma onun tam olaraq niyə məşhur olması bir çox şəxsə maraqlıdır. Qiyməti…
Aytən Səfərəliyevaya yeni vəzifə verildi

Aytən Səfərəliyevaya yeni vəzifə verildi

Jurnalist Aytən Səfərəliyeva Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR və Kommunikasiya üzrə sektor müdiri təyin edilib. Proses.az xəbər verir ki,…
Bakıda tutulan Fransa casusundan xəbər var

Bakıda tutulan Fransa casusundan xəbər var

Ötən ilin sonlarında Bakıda casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşı Martin Ryan barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Onun işinə…