- 24.04.2025 10:47
Qəhrəman qazimizin övladına YARDIM EDƏK

Vətən Müharibəsində qəhrəmanlıqla döyüşmüş baş gizir, müharibə qazisi İ. Məmmədovun 9 yaşlı qızı Aysu Məmmədova ağır yanıq xəsarətləri alıb. Ailə üçün bu hadisə yalnız tibbi yox, eyni zamanda mənəvi və maddi baxımdan da ciddi bir sınaqdır.
Aysunun bədəninin müxtəlif hissələrində üçüncü dərəcəli yanıq izləri var və o, hazırda həkim nəzarətindədir. Uşağın yenidən sərbəst hərəkət edə bilməsi, məktəbə qayıtması və sağlamlığına qovuşması üçün uzunmüddətli müalicə və reabilitasiya prosesi tələb olunur.
Aysunun atası – torpaqlarımız uğrunda canını sipər etmiş bir qazidir. Bu gün isə o, övladı üçün xalqımızdan yardım istəmək məcburiyyətindədir.
Yardım etmək istəyən vətəndaşlar uşağın valideynləri ilə birbaşa əlaqə saxlaya bilər. Həmçinin Aysunun adına açılmış bank hesabına ianə köçürərək, onun həyat mübarizəsində yanında ola bilərlər.
Qazilərimizə və onların ailələrinə sahib çıxmaq – həm vətəndaşlıq borcumuzdur, həm də insani məsuliyyətimiz.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, baş gizir İ. Məmmədov “Vətən muharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
KART NÖMRƏSİ: 4169 7388 9215 7623 (Kapitak bank)
ƏLAQƏ NÖMRƏSİ: 051 360 30 99