- 24.04.2025 11:11
Paşinyan Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasına BELƏ REAKSİYA VERDİ

Ermənistanın baş naziri Nikol Paşinyan ötən axşam İrəvanda keçirilən yürüş zamanı revanşist qüvvələr tərəfindən Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bu addımı təxribat adlandırıb.
Proses.az xəbər verir ki, bu barədə “Armenpress”ə baş nazirin mətbuat katibi məlumat verib.
“Baş nazir Paşinyan bu cür hərəkətləri məsuliyyətsiz və yolverilməz hesab edərək qəti şəkildə qınayır. Beynəlxalq səviyyədə tanınmış, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən fərqli qiymətləndirilə bilməz. Bu, açıq-aşkar təxribat və qızışdırıcı davranışdır”, – deyə Baqdasaryan bildirib.