• 13.05.2025 15:17

Hindistan Azərbaycanı HƏDƏLƏDİ – Cavabı BELƏ VERİLDİ

Hindistan Azərbaycanı HƏDƏLƏDİ – Cavabı BELƏ VERİLDİ

XİN başçısı Dehlidən çağırışlara reaksiya verdi; bəs sanksiyanın ölkəmizə hansı ziyanı ola bilər? – ekspertlərin rəyi

Hindistanla qarşıdurmada Pakistana Azərbaycan və Türkiyənin açıq və birmənalı dəstəyi Yeni Dehlidə kəskin narazılıq yaradıb. Artıq sosial mediada Hindistan vətəndaşlarına bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırışlar başlayıb və ardınca böyük turizm şirkətləri boykota səsləyib.

İlk reaksiya verənlərdən biri Azərbaycan, Türkiyə və Özbəkistana turist səfərlərinin dayandırıldığını elan edən “Cox & Kings” olub.

“Son hadisələr fonunda biz Azərbaycan, Özbəkistan və Türkiyəyə bütün yeni turizm təkliflərini dayandırmaq qərarına gəldik. Bu qərar bizim və ölkəmiz üçün vacib olan prinsiplərə sadiqliyimizdən irəli gəlir”, – şirkətin direktoru Karan Aqarval bildirib.

Hindistanın “Ease My Trip” turizm agentliyi də “ölkə turistlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini” vurğulayaraq, oxşar mövqe tutub. “Travomint” şirkəti də Azərbaycan və Türkiyə ilə əməkdaşlığı tamamilə dayandırdığını elan edərək, müştərilərini bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırıb. Həmçinin Pickyourtrail.com eyni addımı atıb. Bundan sonra “Go Homestays” Türk Hava Yolları ilə ortaqlığını bitirdiyini açıqlayıb.

Az öncə Azərbaycan mallarının Hindistana idxalına embarqo qoyula biləcəyi haqda da xəbər yayılmışdı. Bütün hallarda Bakı və Ankaranın İslamabada dəstəyinin dəyişməyəcəyi şübhəsizidr. Çünki bu, bizim qardaşlığımızda “qırmızı xətt”dir.

Xarici işlər naziri Ceyhun Bayramov Hindistan tərəfindən Azərbaycana qarşı boykot çağırışlarına münasibət bildirib: “Kimsə bizim mövqeyimizdən narazıdırsa, buna daha diqqətlə baxsın. Biz burada çox məntiqli yanaşma sərgiləyirik”.

Bəs boykot hədəsi nə dərəcədə təsirli və Azərbaycan üçün ziyanlı ola bilər? Hindistanın özü də ziyan görməzmi? Azərbaycan Hindistan mallarını boykot edəcəkmi?

Qeyd edək ki, ölkəmizə ən çox turist gələn ölkələrdən biri Hindistandır. Azərbaycanla Hindistan arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 957 milyon dollar təşkil edib ki, bu da qarşılıqlı iqtisadi əlaqələrin müəyyən qədər fəal olduğunu göstərir. Azərbaycan Hindistana 734 milyon dollarlıq mal satıb (onun 99%-dən çoxu – 730 milyon dollar) neft və neft məhsullarıdır, əvəzində Hindistandan 223 milyon dollarlıq mal alıb. Onun da əsas hissəsini düyü təşkil edib. Üstəlik, 2025-ci ilin ilk rübündə düyü idxalı 7% azalıb.

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

İqtisadçı Natiq Cəfərli deyir ki, Pakistan və Hindistan arasında atəşkəs elan olunandan sonra sözügedən mövzu səngiyəcək: “Bu mövzunun daim gündəmdə olması o qədər də aktual olmayacaq. Həmçinin Hindistandan Azərbaycana uçan təyyarələrin reyslərinin ləğvi ilə bağlı hansısa bir rəsmi açıqlama yoxdur. Deməli, turların satılması hələ də davam edir. Dəqiq olan budur ki, gərginliyin olması Azərbaycan-Hindistan münasibətlərinə, ticarət dövriyyəsinə və turizmə gələcəkdə təsir edə bilər. Mal və məhsulların idxalına qadağa qoyulması ilk növbədə Hindistanın özünə ziyan vura bilər. Çünki bu ölkə Azərbaycandan yarım milyard dollara yaxın enerji məhsulları alır. Bunu əvəzləmək o qədər də asan deyil”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycan həmin məhsulları başqa ölkələrə də sata bilər: “Bu, elə növ məhsullardır ki, bütün ölkələrdə alıcısı var. Hindistanın isə Azərbaycana ixracatında yerli məhsulların istehsalı önəmlidir. Onlar yerli istehsalı bir çox ölkələrə satmaqda maraqlıdırlar. Azərbaycan isə bu anlamda bazar nöqteyi-nəzərindən Hindistan üçün maraqlıdır. Buna görə də düşünürəm ki, piar və səs-küyə baxmayaraq, bir müdətdən sonra bu mövzu gündəmdən çıxacaq. Pakistan və Hindistan arasındakı atəşkəsə tam riayət olunduğunun və danışıqların intensivləşdiyinin şahidi oluruq”.

İqtisadçı hesab edir ki, ümumiyyətlə, Hindistandan turist axını dayanarsa, bu, müəyyən qədər təsir edər: “Çünki Hindistan son 1 ildə sürətlə ən çox turist göndərən ölkələr siyahısna daxil edilib. Azərbaycanda Hindistan turistlərinə sistemli şəkildə yanaşan hotellər, restoranlar var, onların gəlirliliyinə mənfi təsir edə bilər. Amma hələlik Hindistandan uçuşların qarşılıqlı dayandırılması ilə bağlı rəsmi məlumat yoxdur”.

Ceyhun Aşurov: "Turistlərin Azərbaycana gəlməsi üçün DAHA ÇOX səbəblər yaratmalıyıq" - Oxu.az

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Yeni Müsavat”a bildirib ki, Hindistan və Pakistandan gələn turistlər Azərbaycan üçün əhəmiyyətlidir: “Azərbaycana turistlərin gəlməsi baxımından ilk onluqda elə bu ölkələrdir. Hindistan gələnlərin sayına görə 3-cü yerdədir. 2024-cü ildə Hindistandan 240 mindən çox turist Azərbaycana gəlib. Bu, əvvəlki dövrlə müqayisədə 50 faiz artım demək idi. İki ölkə arasında baş verən gərginliklə əlaqədar birbaşa reyslər ləğv olundu. Bununla bağlı həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayı kəskin şəkildə azaldı. Bu həm də siyasi motivlərlə bağlıdır. Azərbaycanın bu qarşıdurmada Pakistanı dəstəkləməsi və mövqe bildirməsi Hindistanı narahat etdi. Bu nöqteyi-nəzərdən Hindistandan turistlərin gəlməməsi ilə bağlı çağırışlar oldu. Hindistan böyük bazardır və xaricə çıxışları çoxdur. Bu mənada oradan gələn turistlərin azalması hansısa formada təsir edəcək. Buna görə də turist baxımından Azərbaycan bir və ya iki ölkədən asılı olmalı deyil. Bu, çox risklidir. Ölkəmiz yeni bazarlarla işbirliyindədir. Çinlə və Şərqi Avropa ölkələri ilə yaxınlaşmanın şahidi oluruq. Gələcəkdə Körfəz ölkələri ilə də işbirliyi olacaq. Bu da bir bazardan asılılığı aradan qaldıracaq”.

Ekspertin sözlərinə görə, bu istiqamətdə Özbəkistandan Azərbaycana birbaşa reyslərin sayı artırılır. Onun sözlərinə görə, Orta Asiya ökələrindən Azərbaycana kifayət qədər maraq var: “Oradan gələn turistlərin sayında da gələcəkdə kifayət qədər artım olacaq. Xüsusən türk dövlətlərinin yaxınlaşması turizm əlaqələrinin aktivləşməsinə müsbət təsir edəcək”.

DİGƏR XƏBƏRLƏR

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs edildi

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs…

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış…
İyunun ilk gününün HAVASI

İyunun ilk gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Proses.az xəbər verir ki, bu barədə Milli…
Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA

Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına…

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.…
Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Azərbaycanda vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə tənzimlənir və bu sahədə müəyyən şərtlər və mexanizmlər mövcuddur. Bəzi hallarda vətəndaşların pensiya almaq…
Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid edir

Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid…

Tanınmış sosial media fenomeni Danla Biliç keçmiş sevgilisi Berk Çətin tərəfindən zorakılığa və ölüm təhdidlərinə məruz qaldığını bildirib. Biliçin hüquqi mübarizəsi…
Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron və Sabunçu…
“Vaz”la motosiklet toqquşdu – Ölən var

“Vaz”la motosiklet toqquşdu – Ölən var

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “Vaz-2106” və motosiklet toqquşub. “Qafqazinfo” nun məlumatına görə, hadisə nəticəsində motosikletin 27 yaşlı sürücüsü Şükür…
Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Xəbər verdiyimiz kimi, süd vəzi xərçənginə qalib gəldikdən sonra beynində şiş aşkarlanan müğənni Şimal Gülən vəfat edib. Axşam.az-ın məlumatına görə, müğənni…
DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə bildirin

DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə…

Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb. Proses.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi…
Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

“By_guniiii” ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaşıımı marağa səbəb olub. Model və aktrisa kimi də fəaliyyət göstərən Günay özünə yeni…
Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada yol-nəqliyyat hadisəsində həlak olan 3-cü azərbaycanlının şəxsiyyəti məlum olub. Oxu.Az-ın məlumatına görə, qəzada ölən Ağstafa rayonunun Muğannı kənd sakini,…
Beşinci övladı ölü doğuldu – Video

Beşinci övladı ölü doğuldu – Video

Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində ölüb. Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini Rüfanə…
Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Biri yeniyetmə olmaqla iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı hökm oxunub. “Qafqazinfo”nun məlumatına görə, qəzaya səbəb olan…
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Proses.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:02-də qeydə alınıb.…
Tanınmış müğənni vəfat etdi – FOTO

Tanınmış müğənni vəfat etdi – FOTO

Gəncədə tanınmış müğənni Alim Gəncəli vəfat edib. Proses.az “Teleqraf”a istinadla xəbər verir ki, bir müddətdir onun səhhətində ciddi problemlər var…