- 13.05.2025 15:24
Silah anbarında Güclü PARTLAYIŞ oldu: Çox sayda ÖLƏN VAR – Bu ölkədə…

İndoneziyanın Qərbi Yava əyalətində köhnə silah-sursatın zərərsizləşdirilməsi zamanı güclü partlayış olub.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 09:30 radələrində baş verən hadisə nəticəsində azı 13 nəfər həyatını itirib.
Ölənlər arasında 4 hərbçi və 9 mülki vətəndaşın olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri ilə bağlı istintaq davam edir.