• 13.05.2025 15:37

Məşhur şirkətin sədr müavini də Mövlam Şıxəliyevin əmlakı ilə bağlı dindirilib – SENSASİON GƏLİŞMƏ

Məşhur şirkətin sədr müavini də Mövlam Şıxəliyevin əmlakı ilə bağlı dindirilib – SENSASİON GƏLİŞMƏ

“Qafqaz Construction” şirkətinin sədr müavini Murad Həsən oğlu Rzayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – red.) İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor rütbəsi alınmış Mövlam Şıxəliyevin əmlakları ilə bağlı dindirilənlər sırasındadır.

Bu haqda Musavat.com-a daxil olan məlumatda deyilir ki, Murad Rzayev Mövlam Şıxəliyevin müsadirə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanında yerləşən daşınmaz əmlakının satışa çıxarıldığı elektron hərraca qatılıb.

Ümumilikdə isə Mövlam Şıxəliyevin müsadirə olunmuş, bu günə qədər hərracdan satılan bütün əmlakları ilə bağlı araşdırmalar aparılır. İstintaq hərraclarda iştirak edən, qalib ayrılan hər kəsi çağırıb dindirməklə prosesin qanuni olub-olmamasını yoxlayır.

Sorğu-sualın əsas mövzusu iştirakçıların hərraca qatılma səbəbi, hərraca çıxarılan əmlakları əldə etmək üçün kifayət qədər vəsaitin olub-olmaması və s. sualları əhatə edib.

İstintaqa çağırılan hərrac iştirakçılarından Mövlam Şıxəliyevin hansı əmlaklarını və hansı qiymətə almaq niyyətində olmaları, hərrac keçirilərkən qanunsuzluqların olub-olmaması sorğu-sual olunur.

Bildirilir ki, hərrac sistemi tam elektronlaşandan sonra Mövlam Şıxəliyevin də əmlaklarının satışı elektron hərrac üzərindən satışa çıxarılıb.

İstintaqa çağırılanlara deyilib ki, Mövlam Şıxəliyevin əmlaklarından biri elektron hərraca çıxarılandan sonra hansısa qanunsuzluq ehtimalı yaranıb, istintaq da bu məsələni araşdırır. Buna görə də Mövlam Şıxəliyevin əmlaklarının satışında texniki fasilə yaranıb.

“Gözümüzün qabağında Mövlam Şıxəliyevin müsadirə edilmiş əmlaklarının “su qiymətinə” və şəxsi maraqlarına uyğun satışına cəhd edilir. Halbuki həmin əmlaklar bizim qanunsuz həbsimiz, girovluqda saxlandığımız bir vaxtda ailələrimizdən şantaj, hədə-qorxu, quldurluq yolu ilə alınan pullar hesabına alınıb”.

Bu sözləri Musavat.com-a “MTN işi” üzrə zərərçəkənlərdən olan Əfsəl Həsənəliyev demişdi.

Bildirmişdi ki, elektron hərracların keçirilməsində hərc-mərclik hökm sürür:

“Elektron hərrac çevrilib olub kimlərinsə maraqlarını təmin edən bir vasitə. Hansı əmlakdan xoşları gəldi, satışını min bir bəhanə ilə əngəlləyirlər. Mövlam Şıxəliyevin müsadirəyə götürülən əmlaklarının hərracdan satılmasına imkan verilmir. Mövlam Şıxəliyev və digərlərinin cinayət işləri üzrə 2023-cü ilin mart ayında Nərimanov Rayon İcra Şöbəsinə icra sənədi verilib.

İcra sənədinə əsasən, Mövlam Şıxəliyevin əmlaklarına zərərçəkmişlərə dəymiş ziyanın qarşılanması üçün tələb yönəldilib. Əmlakların satılması 2024-cü ildə “Külək” MMC-yə həvalə olunmuşdu.

Nərimanov Rayon İcra Şöbəsinin 1275-110551/23-15-12 saylı, 08.02.2024-cü il tarixli sifariş məktubuna əsasən, Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanında yerləşən daşınmaz əmlakın hərracdan satılması da “Külək” MMC-yə həvalə olunan əmlaklar sırasında idi.

Qeyd olunan ünvandakı əmlak (Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanı) bir neçə dəfə hərraca çıxarılsa da, “Külək” MMC rəhbəri Nurlan Həsənli öz maraqlı səviyyəsində əmlakın hərracdan satılmasını əngəllədi. Hətta bir dəfə baş tutmuş hərracdan qalib ayrılmış şəxsə hərrac protokolunu vermədi. Bu isə böyük bir qanunsuzluq, vəzifə səlahiyyətlərini aşmaqdır. 2025-ci il, 30 mart tarixində bu dəfə elektron hərrac keçirildi və Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanındakı əmlak hərraca çıxarıldı.

Hərrac aprelin 6-da bitməli və əmlak satılmalı, əldə olunan vəsait biz zərərçəkənlərin hesabına köçürülməli idi. Lakin yenə də hərracın pozulmasına yönəlik addımlar atıldı. Bizə verilən məlumata görə, bu dəfə hərracın pozulması “Qafqaz Construction” şirkətinin rəhbərlərinin təşəbbüsü ilə sədr müavini Murad Həsən oğlu Rzayevin birbaşa iştirakı çərçivəsində baş verib.

Sizdən xahiş edirəm ki, elektron hərracın işini qanunsuz dayandıran şəxslərin kimlikləri araşdırılsın, elektron hərracın işinə qanunsuz müdaxilə edən “Qafqaz Construction” rəhbərlərinin, Murad Rzayevin hərəkətlərinin araşdırılmasına göstəriş verilsin.

Biz zərərçəkənlərin elektron hərracın qanunsuz dayandırılması ilə bağlı məhkəməyə təqdim etdiyimiz müraciətə baxılması da nəzarətə götürülsün”.

Zərərçəkən deyib ki, qeyd olunan əmlakın real bazar qiymətindən qat-qat aşağı satmaq üçün elektron hərracın işində “texniki fasilə” adlı bəhanə ortaya atılıb:

“Biz zərərçəkənlər ədliyyə naziri Fərid Əhmədova müraciət edərək elektron hərracların keçirilməsindəki hərc-mərcliyə son qoyulmasını xahiş edirik.

“Qafqaz Construction” şirkətinin rəhbərləri, qabağa verilən Murad Rzayev hərraca çıxarılan əmlakı “su qiymətinə” almaq istəyir deyə, elektron hərrac pozulmalıdır?”

Mövlam Şıxəliyev 2021-ci ildə Baş Prokurorluq tərəfindən həbs olunub.

O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Mövlam Şıxəliyevin aşağıdakı əmlakları müsadirə olunub:

Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş:

– Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (482 min manat)

– Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak (770 min 609 manat)

– Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi (35 min 500 manat)

– Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak (974 min 600 manat)

– Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlak (214 min manat)

– Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak (31 min 500 manat)

– Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı (39 min 528 manat)

Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş:

– Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak (26 min 240 manat)

– Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m. əmlak (17 min manat)

– Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlakın (37 min 600 manat)

– Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 2ünvanında yerləşən daşınmaz əmlak (400 min manat)

– Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 452 min manat)

– Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak (535 min 653 manat)

– Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak (738 min 711 manat)

Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş:

– Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv. m. sahəsi olan daşınmaz əmlak (650 min 719 manat)

– Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak (257 min 172 manat)

– Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 305 min 240 manat)

Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş:

– Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak (360 min manat)

– Səbail rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak (714 min 985 manat)

Əmlakların ümumi dəyəri 7 milyon 738 min 17 manat məbləğində müəyyənləşib.

Daha sonra Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus bir neçə əmlakın üzərindən həbs götürülüb. Üzərindən həbs götürülən əmlakların ümumi məbləği 2 milyon manata yaxın qiymətləndirilib.

DİGƏR XƏBƏRLƏR

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs edildi

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs…

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış…
İyunun ilk gününün HAVASI

İyunun ilk gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Proses.az xəbər verir ki, bu barədə Milli…
Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA

Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına…

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.…
Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Azərbaycanda vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə tənzimlənir və bu sahədə müəyyən şərtlər və mexanizmlər mövcuddur. Bəzi hallarda vətəndaşların pensiya almaq…
Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid edir

Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid…

Tanınmış sosial media fenomeni Danla Biliç keçmiş sevgilisi Berk Çətin tərəfindən zorakılığa və ölüm təhdidlərinə məruz qaldığını bildirib. Biliçin hüquqi mübarizəsi…
Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron və Sabunçu…
“Vaz”la motosiklet toqquşdu – Ölən var

“Vaz”la motosiklet toqquşdu – Ölən var

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “Vaz-2106” və motosiklet toqquşub. “Qafqazinfo” nun məlumatına görə, hadisə nəticəsində motosikletin 27 yaşlı sürücüsü Şükür…
Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Xəbər verdiyimiz kimi, süd vəzi xərçənginə qalib gəldikdən sonra beynində şiş aşkarlanan müğənni Şimal Gülən vəfat edib. Axşam.az-ın məlumatına görə, müğənni…
DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə bildirin

DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə…

Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb. Proses.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi…
Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

“By_guniiii” ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaşıımı marağa səbəb olub. Model və aktrisa kimi də fəaliyyət göstərən Günay özünə yeni…
Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada yol-nəqliyyat hadisəsində həlak olan 3-cü azərbaycanlının şəxsiyyəti məlum olub. Oxu.Az-ın məlumatına görə, qəzada ölən Ağstafa rayonunun Muğannı kənd sakini,…
Beşinci övladı ölü doğuldu – Video

Beşinci övladı ölü doğuldu – Video

Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində ölüb. Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini Rüfanə…
Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Biri yeniyetmə olmaqla iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı hökm oxunub. “Qafqazinfo”nun məlumatına görə, qəzaya səbəb olan…
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Proses.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:02-də qeydə alınıb.…
Tanınmış müğənni vəfat etdi – FOTO

Tanınmış müğənni vəfat etdi – FOTO

Gəncədə tanınmış müğənni Alim Gəncəli vəfat edib. Proses.az “Teleqraf”a istinadla xəbər verir ki, bir müddətdir onun səhhətində ciddi problemlər var…