• 05.10.2023 16:22

Azərbaycanda ilk dəfə – İş adamı FİFA lisenziyalı agent oldu

Azərbaycanda ilk dəfə – İş adamı FİFA lisenziyalı agent oldu

Sentyabrın 20-də FİFA ikinci dəfə agent lisenziyası almaq istəyən şəxslər üçün imtahan keçirib.

Sportal.az xəbər verir ki, ölkəmizdən yalnız bir nəfər imtahandan keçə bilib. Söhbət “QOLAT Sport Service” şirkətinin həmtəsisçisi və direktoru Səid Bağırovdan gedir. O artıq lisenziyalı FİFA agentləri siyahısında yer alır.

S.Bağırov bildirib ki, imtahan olduqca çətin keçib: “İmtahan prosesi həyəcanlıdır. Bu mənim ilk imtahanım idi və Türkiyədə, TFF tərəfindən təşkil olundu. Biz iyunda qeydiyyatdan keçərkən AFFA FİFA-nın imtahan siyahısında yox idi. Bu səbəbdən də Türkiyə variantını seçdim. Hazırda Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Əslində tək olmaq məsuliyyətimi bir qədər də artırır. Qəribə hissdir. Həqiqətən şişirtmirəm, imtahan formatı çox fərqlidir, imtahanı 3 dildə verə bilərsiniz, ingilis , fransız və ispan dillərində, mən ingilis dilini seçmişdim. Təsəvvür edin ki, suallar daha çox analiz qabiliyyəti , hesablamalar, FİFA futbol və agent qaydaları haqqında idi. Ən çətini isə 1 sualın birdən çox cavabı olmasıdır və hamısını düzgün seçməlisiniz, birini düz digərini səhv seçsəniz cavab səhv olaraq qeydə alınır. Mən dünyanın başqa ölkələrindəki imtahanların nəticələrinə baxıram. Həqiqətən kəsilənlər çoxdur, ikinci imtahanda 10, 383 nəfər qeydiyyatdan keçib, lakin iki imtahan nəticəsində ( Aprel və Sentyabr) hal hazırda FİFA Platformasında 3841 FİFA lisenziyalı futbol agenti var və mən onlardan biriyəm. Mən universitetdə müəlliməm. Bəlkə də bunun üstünlüyü var idi. Hazırlaşdığım müddətdə çətinlik hiss etmədim. Şükür ki, Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Az da olsa, özümlə qürur duyuram”.

 

İdman idarəçiliyi ilə məşğul olan “QOLAT Sport Service” şirkəti haqqında məlumat verən iş adamı qeyd edib ki, “Şirkətimiz 2017-ci ildən fəaliyyət göstərir, idman xidmətləri göstərir. Ölkədə şirkətlər, dövlət qurumları, uşaqlar üçün yarışlar keçiririk. İdman idarəçiliyi bizim işimizdi. Rəsmi şəkildə agentlik fəaliyyətinə başlayırıq və artıq bir neçə oyunçu ilə ilkin görüşlərimiz olub. Təkcə Azərbaycanla kifayətlənməyəcəyik. Çünki dil biliklərim və xarici futbol klubları ilə də əlaqələrim var. Düşünürəm ki, əcnəbilərlə də əməkdaşlıq etmək imkanımız olacaq.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…