• 09.10.2023 14:33

Fələstin-İsrail qarşıdurması İncil və Quranda belə əks olunub – SENSASİON DETALLAR

Fələstin-İsrail qarşıdurması İncil və Quranda belə əks olunub – SENSASİON DETALLAR

Yəhudiliyə görə, Yehova (İudaizmdə Tanrının 7 adından biridir. İvrit dilində olan müqəddəs mətnlərdə bu ad 6828 dəfə istifadə olunub) tərəfindən İsrail övladlarına vəd edilən torpaq Vəd edilmiş torpaqlar adlanır.

Tövratın Təkvin kitabının XV Babında belə yazılıb: “O gündə Rəbb, İbrahim ilə əhd edib dedi: Misir çayından böyük çaya, Fərat çayına qədər bu məmləkəti, Keniləri və Kenizziləri və Kadmoniləri və Hetləri və Perizziləri və Refaları və Amoriləri və Kənanlıları və Girgaşiləri və Yəbusiləri sənin zürriyyətinə (soyuna) verdim”.

Bu tərifə görə isə Fərat çayından Nil çayına kimi geniş region İsrail övladlarına vəd edilib. Vəd edilmiş torpaqların dəqiq sərhədləri məlum olmasa da, bu gün İsrail torpaqlarını formalaşdıran regionun vəd edilmiş torpaqlar olduğu inancı geniş şəkildə yayılıb.

QEZZA .png (1019 KB)

Yəni söhbət ondan gedir ki, İudaizmə görə, bu torpaqları Allah yəhudilərə verib və o torpaqlar yəhudilərə məxsusdur. Təkcə yəhudilərmi belə fikirləşir? Yox. Xristianlar arasında da bu düşüncə geniş yayılıb. İncilə görə də Allahın yəhudilərə vəd etdiyi torpaqlar onlara çatmalıdır. Bütün xristian dünyası bu məsələdə ona görə yəhudilərin yanındadır ki, onların dini inancı bu düşüncə üzərində qərar tutub. Yəni bir dindar xristian tərəddüd etmədən deyə bilər ki, həmin torpaqlar yəhudilərindir…

Elə Qurana görə də həmin torpaqlar yəhudilərə – yəni İbrahim övladlarına vəd olunub. İbrahim isə sıradan peyğəmbər deyil. Onu bütün peyğəmbərlərin atası adlandırırlar…

Quranda əl-Maidə surəsi/Mədinə surəsi 20 və 21-ci ayə.

• 20. Bir zamanlar Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın! Vaxtilə O sizin içinizdən peyğəmbərlər göndərdi, sizi hökmdarlar etdi və aləmlərdən (insanlardan) heç kimə vermədiyini sizə verdi.

• 21.Ey qövmüm! Allahın sizin üçün (vətən olaraq) yazdığı o müqəddəs torpağa daxil olun! Geri dönməyin, yoxsa zərər çəkmiş bir halda geri qayıtmış olarsınız.

Məşhur sünni və şiə alimləri Təbəri, Əl-Qurtubi, İbn Kəsir, İbn Əbi Zeyd, Mahmud əl-Əlusi, Əl-Bəğavi təsdiq edir ki, Qurana görə, Allah yəhudilərə Nildən Fərata qədər olan əraziləri verdi. Yəni söhbət təkcə Qüds və Fələstindən getmir. Vəd olunmuş torpaqlara Misir və İraqın böyük bir hissəsi, bütün İordaniya, Suriya və Livanı əhatə edən ərazilər daxildir.

QURAN .png (143 KB)

Özü də Quranda bu məsələ bir neçə dəfə vurğulanır. Bizim məqsədimiz çox incəliklərə varmaq deyil. Əsas olan odur ki, bu məsələ Quranda da öz əksini tapıb, İncildə də.

Hazırda vəd olunmuş torpaqlarda xeyli dövlət var. İndi bu problem necə həll olunmalıdır? Yəni biz dini mətnlərəmi istinad etməliyik, yoxsa çağdaş beynəlxalq hüquqa əsaslanmalıyıq? Şəxsən mən dini mətnlərə əsaslanmağı doğru saymıram.

Bir misal deyim. Qurandakı mətnlərə əsasən, bütün yəhudilər İslamı qəbul edib müsəlman olmalıydı. Ancaq olmadılar. Həm də fərqli dini mətnləri fərqli şəkildə təfsir etmək olar. Məsələn, Qurandakı hər hansı bir surə və ya ayə ilə bağlı fərqli yozumlar var. Hər bir alim müəyyən arqumentlərə söykənərək dini mətnə şərh verir…

Sözümün canı odur ki, bu problemin kökü çox dərindədir. Və bu problemin yaxın gələcəkdə həlli də gözlənilmir. Vəd olunmuş torpaqlar hələ çox canlar alacaq…

QEZZA.jpg (121 KB)

Bir şeyi də deyim. Dini mətnlərə inansaq, Allah o torpaqları İbrahim peyğəmbərin övladlarına vəd edib. Yəhudi ənənəsində İbrahim Avraham Avinu “atamız İbrahim” adlanır ki, bu da onun həm yəhudilərin bioloji əcdadı, həm də ilk yəhudi kimi yəhudiliyin atası olduğunu göstərir. Ümumiyyətlə, İbrahim peyğəmbər 30 millətin atası kimi də tanınır. Yəhudilər də, ərəblər də xalq olaraq öz başlanğıcını İbrahim peyğəmbərdən götürür. Yəni vəd olunmuş torpaqlara yəhudilər qədər də ərəblərin haqqı var…

Təbii ki, mövcud problemi həll etmək lazımdır. Ancaq bu işi qan tökməklə, kütləvi qətllərlə həyata keçirmək olmaz. İbrahim peyğəmbərin övladları daha ağıllı və adil olmalıdır…\\MUSAVAT.COM

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…