• 12.10.2023 14:45

Bayramovun məktubu BMT sənədi kimi YAYILDI

Bayramovun məktubu BMT sənədi kimi YAYILDI

Xarici işlər naziri Ceyhun Bayramovun ölkə tərəfindən Azərbaycanın Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərinin nəticələri, ərazilərdə qanunsuz fəaliyyətini davam etdirən erməni silahlı qüvvələrinin tərksilah edilməsinə dair 27 sentyabr 2023-cü il tarixində BMT baş katibinə ünvanlandığı məktub və tərksilah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların fotoşəkillərini əks etdirən əlavə məlumat BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.

Bu barədə PROSES.AZ-a Azərbaycan XİN-dən məlumat verilib.

Məktubda, Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə təhdidlər törədən erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymaq məqsədilə ölkəmizin beynəlxalq humanitar hüquqa tam şəkildə uyğun olaraq özünün suveren ərazisində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələri barədə məlumat verilib.

Bu konteksdə, ölkəmiz tərəfindən aparılan erməni silahlı qüvvələrinin tərksilah prosesi, demobilizasiya və reinterasiya səyləri barədə məlumat verilib.

Qanunsuz erməni birləşmələrinin tərksilah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların həcminin Azərbaycanın suveren ərazilərinin hərbiləşmiş zonaya çevrilməsinin, habelə Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən qeyri-qanuni yollarla davamlı olaraq genişmiqyaslı dağıdıcı silah-sursatla təmin olunmasının bariz nümunəsi olduğu diqqətə çatdırılıb.

Ermənistanın bu kimi destruktiv və qeyri-səmimi davranışlarının Azərbaycan tərəfindən başladılan və son 3 ildə davam etdirilən bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlik sülh prosesi səylərinə xələl gətirdiyi vurğulanıb.

Məktubda, həmçinin ölkəmiz tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reinteqrasiyası çərçivəsində ölkəmiz tərəfindən görülən işlərdən bəhs edilib. Lokal xarakterli antiterror tədbirləri yekunlaşdıqdan dərhal sonra reinterasiya istiqamətində praktiki işlərə başlanıldığı, müvafiq işçi qrupun yaradıldığı, 21 sentyabr tarixində Yevlax görüşünün keçirildiyi, 24 sentyabr tarixində Xankəndi şəhərinin Azərbaycanın enerji sisteminə qoşulduğu və bununla da yerli erməni əhalisinin fasiləsiz elektrik enerjisi ilə təchiz edildiyi bildirilib.

Habelə, məktubda BMT-nin Baş katibi Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları vasitəsilə yerli erməni əhalisinə çatdırılan humanitar yardımlar barədə məlumatlandırılıb.

Sonda ölkəmizin yerli erməni sakinlərinin bütün hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycanın sosial, iqtisadi, hüquqi və konstitusion çərçivəsinə reinteqrasiyası istiqamətində səylərə sarsılmaz sadiqliyi bir daha vurğulanıb, bu tarixi məqamda beynəlxalq ictimaiyyət tərəfindən nifrət və düşmənçiliyə yönəlmiş istənilən səyləri qətiyyətlə rədd etməyə və dinc yanaşı yaşamaq səylərini dəstəkləməyə çağırış edilib.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…