• 13.10.2023 13:44

Nazirdən pensiyalarla bağlı MÜHÜM AÇIQLAMA

Nazirdən pensiyalarla bağlı MÜHÜM AÇIQLAMA

Heydər Əliyevin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə yoxsulluğun azalmasını təmin etdi.

Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən “Heydər Əliyev -100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artdı.

“Bu gün Azərbaycanın sosial sahədə nadir təcrübəsi olan – şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət hesabına mənzillərlə təminatı, onlara minik avtomobillərinin verilməsi, reabilitasiya mərkəzləri şəbəkəsinin qurulması və s. kimi proqramlara da ötən əsrin 90-cı illərində Ulu Öndərin tapşırığı əsasında başlanılıb”, – deyə S.Babayev bildirib.

O qeyd edib ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib.

“Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfədən çox artaraq 925,3 manata çatıb. Minimum pensiya 14 dəfə artırılaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb.

Pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği isə 30 dəfədən çox artaraq 5 mlrd. 907 mln. manata çatıb. Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 mlrd. manata yaxın, son beş ildə isə 2,4 mlrd. manat ( 70 faiz) artım olub. 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ (435 manat) olmaqla pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 2,2 dəfə üstələyir”.

Nazir əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident cənab İlham Əliyevin yeni müasir və qlobal çağırışlara uyğun yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası son 20 ildə Azərbaycanın böyük tarixi uğurlara, möhtəşəm Zəfərə, eyni zamanda mühüm sosial irəliləyişlərə nail olmasını təmin edib. “Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi dinamik inkişaf yolunda hər zaman qələbələrə, zirvələrə doğru aparacaq”, – deyə S.Babayev bildirib./News24.az

DİGƏR XƏBƏRLƏR

Bəy və gəlin toy günü qəzaya düşdü

Bəy və gəlin toy günü qəzaya düşdü

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Proses.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndi ərazisində baş verib. Belə…
Əsgər valideynlərinin NƏZƏRİNƏ – Görüşə məhdudiyyət qoyuldu

Əsgər valideynlərinin NƏZƏRİNƏ – Görüşə məhdudiyyət qoyuldu

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.…
Daha bir tiktoker azadlığa buraxıldı

Daha bir tiktoker azadlığa buraxıldı

Polis tərəfindən saxlanılan “Xozeyn” ləqəbli tiktoker Vüqar Kərimov azadlığa buraxılıb. Bu barədə APA-ya vəkil Yusif Seyfəlov məlumat verib. Vəkil bildirib…
İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin…
Bayram namazı bu saatlarda qılınacaq

Bayram namazı bu saatlarda qılınacaq

“AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən, builki Qurban bayramı hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyuna təsadüf edir”​. Bu…
Minifutbol Federasiyasına iki milyon manat ayrıldı

Minifutbol Federasiyasına iki milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Proses.az-ın məlumatına görə, sənədə əsasən, Azərbaycan milli yığma komandasının…
Generala ağır itki üz verdi

Generala ağır itki üz verdi

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevə ağır itki üz verib. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki, O.Hacıyevin anası Rəhilə xanım…
“Roşka” ləqəbli tiktokerin həbs müddəti uzadıldı

“Roşka” ləqəbli tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən saxlanılan “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Nəsimi rayon Məhkəməsində hakim Günay…
Ölkəmizdə baş verən güclü zəlzələlərin sayı açıqlandı

Ölkəmizdə baş verən güclü zəlzələlərin sayı açıqlandı

Son 12 ildə Azərbaycanda maqnitudası 5-6 arası olan zəlzələlərin sayında azalma qeydə alınıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının…
Prezident bu yolun təmirinə 1,5 milyon manat ayırdı

Prezident bu yolun təmirinə 1,5 milyon manat ayırdı

Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) – Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolu əsaslı təmir olunacaq. Proses.az AZƏRTAC-a istinadən…
Azərbaycanda DƏHŞƏT: bir evdən 4 cəsəd tapıldı – VİDEO

Azərbaycanda DƏHŞƏT: bir evdən 4 cəsəd tapıldı – VİDEO

Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan…
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini, daxili xidmət polkovniki Elvin Xanlar oğlu Mehdiyev…
Azərbaycanlı deputatın mandatı əlindən alındı

Azərbaycanlı deputatın mandatı əlindən alındı

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi (Yuqra) Dumasının Sosial İnkişaf Komitəsi sədrinin müavini Xalid Tağı-zadə bölgənin “özbəklərin tarixi vətəni” olduğunu bildirdikdən sonra…
Sabah yağış yağacaq, dolu düşəcək – PROQNOZ

Sabah yağış yağacaq, dolu düşəcək – PROQNOZ

Azərbaycanda iyunun 5-də bəzi yerlərdə arabir yağış yağacaq. Proses.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə…
Nazir və digər rəsmilər Laçında belə rəqs etdi – VİDEO

Nazir və digər rəsmilər Laçında belə rəqs etdi –…

İyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin açılış mərasimindən sonra qala konsert keçirilib. Konsertin ardınca təşkil olunan…