• 14.10.2023 11:44

Paşinyan Bişkekə niyə getmədi: İrəvanda Putinin həbsinə hazırlıq başlayıb

Paşinyan Bişkekə niyə getmədi: İrəvanda Putinin həbsinə hazırlıq başlayıb

Ermənistan Rusiyanın maraq dairəsində olan MDB-ni faktiki olaraq, artıq tərk etmiş kimi görünür… Hər halda, Paşinyan hakimiyyətinin MDB sammitlərini sabotaj etmək cəhdləri inkaredilməz reallıqdır…

Rusiya Cənubi Qafqazda qəliz situasiya ilə üzləşməyə başladığını artıq edir. Kremlin ənənəvi özünə əmin mövqeyi və davranışları hazırda elə də qabarıq müşahidə olunmur. Əksinə, indi Rusiya siyasi dairələri çaşqınlıq keçirdiklərini gizlətməkdə çətinlik çəkirlər. Hətta “nə baş verir” sualına normal və ya inandırıcı cavabın tapılması belə, Kreml üçün olduqca ağır problemə çevrilib.

Əlbəttə ki, Rusiyanın əsas probleminin birmənalı şəkildə Ermənistanla bağlı olduğu açıq-aşkar ortadadır. Rusiya siyasi dairələrində mövcud çaşqınlığın əsas səbəbi də məhz bu reallıqdan qaynaqlanır. Çünki Kremldə hələ də Ermənistanın və erməni siyasi elitasının Rusiyadan üz çevirdiyinə, daha dəqiq ifadə olunsa, xəyanət etdiyinə inanmaq istəmirlər. Yəni, nəzəri baxımdan, istisna etmədikləri bu reallığın praktiki cəhətdən icrasını qeyri-mümkün hesab edirdilər.

Halbuki, hazırda Rusiya siyasi dairələri real erməni xəyanəti ilə yaxından tanış olmaq məcburiyyətində qalıblar. Bütün tarix boyu Rusiyadan asılı olan, Kremlin sayəsində mövcudluğunu qoruyan Ermənistan indi bu nəhəng ölkənin prezidenti Vladimir Putini həbs etmək öhdəliyinə malikdir. Və bu, Rusiyanın üzləşdiyi erməni xəyanətinin rəsmən təsdiqidir.

regnum_picture_16178344211779667_normal.png (1.24 MB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti prezident Vladimir Putinə qarşı həbs qərarı vermiş Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı Roma statutunu Ermənistan parlamentində ratifikasiya etdirmişdi. Ermənistan prezidenti Vaaqn Xaçatryanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiqləməsindən sonra isə həmin sənəd hüquqi qüvvəyə minmiş oldu. Roma statunun tələbinə görə, Rusiya prezidenti Vladimir Putin bundan sonra Ermənistana səfər edəcəyi təqdirdə, dərhal həbs olunmalıdır.

Təbii ki, Ermənistanın prezident Vladimir Putini həbs etməyə cəsarəti çatmaz. Prezident Vladimir Putin istədiyi vaxt rəsmi İrəvana xəbər belə, etmədən Ermənistana gələ bilər. Sonra da Ermənistanın siyasi elitası ilə sağollaşmadan geri qayıdar. Və Ermənistanın nəinki Kreml sahibini həbs etməyə gücü yetməz, hətta ondan niyə gəldiyini soruşmağa belə, cəsarəti çatmaz.

Ancaq fakt, faktlığında qalır. Rus imperiyası tərəfindən süni şəkildə yaradılmış, Rusiyanın hərbi müttəfiqi olan Ermənistan indi prezident Vladimir Putini həbs etməklə bağlı beynəlxalq hüquqi öhdəliyə malikdir. Rəsmi İrəvanın bu öhdəliyi Ermənistanın son illərdə Rusiyaya qarşı ardıcıl xəyanətlərinin rəsmən elan edilməsi anlamı daşıyır. Yəni, Kremlə erməni xəyanətini sübuta yetirmək üçün hansısa başqa fakt və ya arqument lazım deyil. Halbuki, Rusiya siyasi dairələri Ermənistanın Roma statutuna rəsmən qoşulmasını hələ də qeyri-dost addım olaraq, dəyərləndirir.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

Əslində isə Kreml rəsmi İrəvanın bu davranışını birmənalı şəkildə Rusiyaya qarşı düşmənçilik kimi qəbul etməliydi. Hər halda, bir ölkə, özünün hərbi müttəfiqi olan dövlətin prezidentini, onun qatı düşmənlərinin verdiyi qərara qatılaraq, həbs etmək öhdəliyi götürürsə, bunun başqa izahı yoxdur. Bu baxımdan, indi Kremlin dostluq və düşmənçilik kriteriyaları arasındakı kəskin ziddiyyətlər Rusiyanın maraqlarını təhdid edən əsas faktora çevrilə bilər.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan Rusiyaya xəyanət etdiyini, Kremlin maraqlarına qarşı çıxdığını son dövrlərdə atdığı digər addımlarla da açıq şəkildə biruzə verib. Ermənistan Rusiyanın patronajlığı altında olan KTMT-nı sabotaj edib, bu hərbi-siyasi alyansın fəaliyyətində iştirakdan kobud manevrlərlə yayınıb. Rəsmi İrəvan Kremlin Cənubi Qafqazdakı sülh prosesinə orbitrlik etmək planlarına sarsıdıcı zərbələr vurub, danışıqlar masasının Qərb platformalarına daşınmasına münbit şərait yaradıb. Ermənistan ərazisində Rusiyanın beynəlxalq rəqiblərinin – ABŞ, Avropa Birliyi və Fransanın regional maraqları yerləşdirilməsini təmin edib.

Təbii ki, bütün bunlar son vaxtlar Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin ciddi şəkildə zəifləməsinə səbəb olub. Hər halda, indi ABŞ və Qərbin regional maraqları Rusiyanın mənafeləri ilə paralellik təşkil etməyə başlayıb. Yəni, rəsmi İrəvan ABŞ və Qərbi Cənubi Qafqazda Rusiyanın mövqelərinə şərik etməyə nail olub. Bu, Rusiyanın nə vaxtsa, Cənubi Qafqazdan çıxarılması ilə bağlı prosesin əsas preventiv hazırlığı da hesab oluna bilər.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Böyük ehtimalla rəsmi İrəvan Rusiyaya qarşı xəyanət planlarını məhdudlaşdırmaq niyyətində deyil. Müşahidələr göstərir ki, Paşinyan hakimiyyəti hazırda Ermənistanın KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxmasına yönəlik cəhdləri davam etdirir. Yəqin ki, rəsmi İrəvan bu istiqamətdə də kəskin addımlar atmağa hazırdır. Sadəcə, belə addımların atılması üçün Qərbdən təhlükəsizlik təminatı verilməsini gözləyir. Əgər, Paşinyan hakimiyyəti belə təminat alarsa, bunu həm də hərəkətə keçmək sifarişi kimi qəbul edəcək.

Maraqlıdır ki, Ermənistan faktiki olaraq, Rusiyanın maraq dairəsində olan MDB-ni artıq tərk etmiş kimi görünür. Belarus prezidenti Aleksandr Lukaşenkonun MDB-nin parçalanmaq üzrə olduğuna eyham vurması, Ermənistanın son vaxtlar özünü çox pis apardığını vurğulanması da belə düşünməyə əsas verir. Hər halda, Paşinyan hakimiyyətinin MDB sammitlərini sabotaj etmək cəhdləri də inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyan MDB sammitinə qatılmağa vaxt tapmayıb. Yəqin ki, erməni baş nazir Roma statutunun hüquqi qüvvəsini təmin etməyə əlavə vaxt sərf etməli olub. Hər halda, məhz MDB sammitinin sona çatmasından cəmisi bir gün sonra Roma statutunun hüquqi qüvvəyə minməsi Kremlə ciddi ciddi mesajdır. Belə anlaşılır ki, MDB sammiti davam edən müddətdə rəsmi İrəvan məhz Rusiya prezidenti Vladimir Putinin həbsinə aid məsələlər ilə məşğul olub. Bundan sonrasını isə məhz Kremldəkilər düşünsə, daha yaxşı olar.\\MUSAVAT.COM

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…