• 17.10.2023 17:50

Tarif Şurası Bakı-Quba-Rusiya Federasiyası yolu üçün gediş qiymətlərini müəyyənləşdirib

Tarif Şurası Bakı-Quba-Rusiya Federasiyası yolu üçün gediş qiymətlərini müəyyənləşdirib

Tarif Şurasının növbəti iclası keçirilib.

Şuradan Musavat.com-a verilən xəbərə görə, alternativ avtomobil yolu və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.

Ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi və bir sıra dərman vasitələri üçün tariflər müəyyənləşdirilib.

Bildirilib ki, son illərdə ölkəmizdə avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilib, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib.

Regionların davamlı və tarazlı inkişafının təmin olunması üçün müasir yol-nəqliyyat infrastrukturunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H. Z. Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni hissəsi ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində önəmli rol oynayır. 129 kilometr uzunluqda olan bu yol Azərbaycanın tranzit daşımalarda iştirak imkanlarını genişləndirəcək, yüklərin çatdırılma müddətini azaldacaq, bölgədə turizmin inkişafına təkan verəcəkdir.

Bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət etməyə imkan verəcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda ödənişli avtomobil yolları yaradıla bilər və bunun əhalinin həssas təbəqəsinə mənfi təsiri olmur. Çünki bu yoldan istifadə seçimdən asılıdır. Belə ki, eyni keyfiyyətdə ənənəvi yol da mövcuddur.

Həmin yoldan istifadə üzrə gediş tariflərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət edilib və 17 oktyabr 2023-cü il tarixində Şuranın növbəti iclası keçirilib.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumlar tərəfindən aparılan monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.

İclasda həmçinin yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 48 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılmışdır. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şur

DİGƏR XƏBƏRLƏR

Aslan Əliyevin işi çətinləşir – Çirkli pullar məsələsi…

Aslan Əliyevin işi çətinləşir – Çirkli pullar məsələsi…

“Şəmkir Un-Yem” MMC-nin 2 milyon manatdan çox yeyintidə ittiham olunan direktoru Aslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Qafqazinfo”nun əldə…
Tovuzda bayram günü ailə faciəsi

Tovuzda bayram günü ailə faciəsi

Tovuzda 31 yaşlı Kainat Namazov 25 yaşlı bacısı A. Namazova və anası Sevinc Həsənovaya balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri…
Dəhşətli qəzada ölənlərin biri PTX-nin əməkdaşı imiş – FOTO

Dəhşətli qəzada ölənlərin biri PTX-nin əməkdaşı imiş – FOTO

İyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində baş verən qəzada ölən 4 nəfərdən biri Prezidentin Təhlükəsizlik Xidmətində xidmət…
Tərlan Novruzov vəfat etdi – FOTO

Tərlan Novruzov vəfat etdi – FOTO

Professor Tərlan Novruzov 78 yaşında dünyasını dəyişib. Bu barədə ölkə.az-a onun yaxınları məlumat verib. Bildirilir ki, mərhum uzun müddət xəstəlikdən…
Bank kartlarından daha 8 min manat oğulandı

Bank kartlarından daha 8 min manat oğulandı

Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirlik vətəndaşlara müraciət edərək…
Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı – FOTO

Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı – FOTO

Aktrisa Pelin Akilin qolunu gənə dişləyib, o isə paraziti özü çıxarmağa çalışıb və qolunda gənənin bir hissəsi qalıb. Milli.Az xəbər…
Bu şəxslər qurban kəsə bilməz – AÇIQLAMA

Bu şəxslər qurban kəsə bilməz – AÇIQLAMA

Artıq sabah Azərbaycanda və bütün müsəlman ölkələrində Qurban bayramı qeyd ediləcək. Bəs, kimlərə qurban kəsmək olmaz? Hansı şərtlərə əməl olunmalıdır?…
“Kişi ciddi, qadın boşboğaz olmalıdır”

“Kişi ciddi, qadın boşboğaz olmalıdır”

Aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib. O, ailə qurmaq mövzusundan danışıb. Həyatında sevdiyi şəxs olduğunu deyən aktrisa saxta toy edən…
Tolikin uşağının anası görün kimdir? – özü açıqladı – VİDEO

Tolikin uşağının anası görün kimdir? – özü açıqladı –…

Tanınmış aparıcı Tarix Əliyev (Tolik) şəxsi həyatı ilə bağlı sosial şəbəkələrdə və mediada yayılan müzakirələrə aydınlıq gətirib. Bir müddət öncə…
“Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə”

“Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə”

Müğənni Nadir Qafarzadə açıqlaması ilə diqqət çəkib. O, oğullarının ailə qurmasından danışıb: “Gənclər ailə qurmağa hazır deyillər. Oğlumun ikisi də…
Rəqsanəni “pul yağışı”na tutdular – VİDEO

Rəqsanəni “pul yağışı”na tutdular – VİDEO

Müğənni Rəqsanə İsmayılovanın məclisdə çəkilən görüntüsü diqqət çəkib. Gürcüstan toyunda iştirak edən müğənni sənətçinin oğlunun kirvəsi onu “pul yağışı”na tutub. Pulların…
Əməkdar artisti vəfat etdi – FOTO

Əməkdar artisti vəfat etdi – FOTO

Naxçıvanın Əməkdar artisti vəfat edib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Axundov Zöhrab Kəndli oğlu vəfat edib. Qeyd edək ki, o…
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq… – FOTO

Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq……

Lent.az-ın müsahibi Əməkdar artist Vahid Əliyevdir. – Vahid müəllim, xəstəxanadan bir neçə gündür çıxmısız, özünüzü necə hiss edirsiz? – Pis…
Qurban ətindən kabab etmək olarmı? – Çoxlarını maraqlandıran cavab

Qurban ətindən kabab etmək olarmı? – Çoxlarını maraqlandıran cavab

Sabahdan Qurban bayramı başlayır. Proses.az  xəbər verir ki, Hicri-qəməri təqvimlə zilhiccə ayının 10-u, miladi tarixlə 6 iyun Qurban bayramı qeyd…
Faciəvi şəkildə ölən 4 gəncin FOTOSU – yenilənib

Faciəvi şəkildə ölən 4 gəncin FOTOSU – yenilənib

Xəbər verdiyimiz kimi, Baş Dövlət Yol Polisi İdarəsi Qazaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Bu barədə…