- 21.10.2023 10:30
Jurnalist Türkan Məmmədli susqunluğunu pozdu
Jurnalist Türkan Məmmədli günlər sonra həyat yoldaşı ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, jurnalist dünyasını dəyişmiş həyat yoldaşı Orxan Məmmədlidən yazıb:
“Ürəyimin içi əriyir, Orxan… Sabah sənin ad günündür, mənim oktyabr çiçəyim… Sən bu ayda doğuldun, bu ayda da soldun… Bəxş etdiyin bütün gözəlliklərə görə sənə minnətdaram. Mən ancaq onları xatırlayacağam…”