- 23.10.2023 15:25
Türkiyə-Azərbaycan birgə təlimindən görüntülər – VİDEO
Azərbaycanda keçirilən “Mustafa Kamal Atatürk-2023” təlimləri çərçivəsində Azərbaycan və Türkiyə komandoları döyüş meydanında ssenari çərçivəsində düşmən xəttinə uğurlu sızma əməliyyatı həyata keçiriblər.
PROSES.AZ-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün “X” hesabında bildirib.
Hərbi qurum təlimlərlə bağlı videogörüntü də paylaşıb.