• 24.10.2023 15:48

Paytaxt sakinlərindən etiraz: “Budamaq adı ilə neçə illik palıd ağaclarını kəsirlər”- FOTO, VİDEO

Paytaxt sakinlərindən etiraz: “Budamaq adı ilə neçə illik palıd ağaclarını kəsirlər”- FOTO, VİDEO

“Yaşıllaşdırma idarəsi qurumuş ağacları qoruyur, sağlam ağacları kəsir”

Nizami rayonu Rüstəm Rüstəmov 66 ünvanında yaşayan sakinlər Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə bağlı Musavat.com-a şikayət ünvanlayıblar.

Sakinlər bildirirlər ki, qurumun əməkdaşları yaşıl, illərlə yaşı olan ağacları budadıqları, kəsdikləri halda qurumuş ağaclara baxmırlar. Sakinlər iddia edirlər ki, qurumun əməkdaşları yaşıllığa zərər vururlar: “O ağacın böyüməsi üçün illərdir ki, çalışırıq. Özümüz dibini belləyir, suvarırıq. İndi-indi bəhrəsini görürük, həyətimizi yaşıllaşdırır, kölgəsində otururuq. Yayda nəvə-nəticələrimiz həmin palıd ağaclarının altında oynayır, hava alırlar. Bütün həyət o yaşıllığın  kölgəsində istirahət edir. Ancaq qurumun əməkdaşları gəlib, bu ağacların 42 sm diametrində olan budaqlarını kəsirlər. 42 sm diametrində budağı kəsmək budamaqdır? Özü də normal ağaclardır. Halbuki həyətimizdə neçə vaxtdır ki, çürümüş, qurumuş akasiya ağacları var ki, onlar hər an təhlükə mənbəyidir. Güclü külək əsən kimi qorxuruq ki, kiminsə başına düşəcək. Bu ağaclara əl vurmurlar, amma sağlam ağacların qol-qanadını kəsirlər. Bir də baxacağıq ki, kökündən kəsib aparıblar. Yaşıllaşdırma idarəsi nə üçün quru ağacları qoyub, neçə ilə əmələ gəlmiş palıd ağacını doğrayır? Bu, məqsədyönlü şəkildə edilib. Fikir verin, əsasən də kəsilən sağlam budaqların diametri 40-45 sm-dir. Görünür, kiməsə material kimi lazım imiş. Ya da ağacları məhv edib, əraziyə yiyələnmək istəyirlər. Çox xahiş edirəm, bu məsələni araşdırın. Bütün qonşular narazıdırlar, daha yuxarı instansiyalara da müraciət etməyi düşünürük”.

Musavat.com məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışıb. Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən saytımıza bildirildi ki, ərazi nümayəndəliyinin müraciəti əsasında ağacların budama işləri görülür: “Ağacların kəsilib götürülüməsi ilə bağlı yekun rəy olmadığına görə ancaq budama aparılır. Heç bir ağac kəsilmir. O ki qaldı qurumuş ağacların götürülməsi məsələsinə, bununla bağlı rəy olmadığına görə heç bir ağac kəsilməyəcək”.

Ərazidən  görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

“Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi

“Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Quliyev həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə,…
Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən ölüb…

Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən ölüb…

ABŞ-nin Florida ştatının Mayami şəhərində həmyerlimiz Ceyhun Sadibəylinin öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb. Yaxınlarının bildirdiyinə görə, əslən Yardımlı rayonundan…
İlham Əliyevlə Ərdoğanın səmimi görüşü – VİDEO

İlham Əliyevlə Ərdoğanın səmimi görüşü – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilir. Proses.az xəbər…
“İlham Əliyev tarixə düşəcək” – Ərdoğan

“İlham Əliyev tarixə düşəcək” – Ərdoğan

“Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcəyinə əminəm”. Proses.az “Report”a istinadən xəbər verir ki, bu barədə…
“Beşiktaş” prezidentinin oğlunun 20 milyonluq “Ferrari”si kül oldu – FOTO

“Beşiktaş” prezidentinin oğlunun 20 milyonluq “Ferrari”si kül oldu –…

“Beşiktaş” klubunun prezidenti Serdal Adalının oğlu Celal Alaz Adalı “Ferrari”si ilə hərəkətdə olarkən mühərrik hissəsində anidən yanğın olub. Milli.Az Türkiyə…
Hakimləri söyən Amit Quluzadəyə ağır cəza

Hakimləri söyən Amit Quluzadəyə ağır cəza

AFFA İntizam Komitəsi 1-ci liqada mübarizə aparan “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadəni sərt cəzalandırıb. Proses.az xəbər verir ki, bu…
“9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək”

“9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək”

“Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək”. Proses.az xəbər verir ki, bu…
Saleh Səmədovun yerinə müavini təyin olundu

Saleh Səmədovun yerinə müavini təyin olundu

İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ağsaqqallar Şurasının növbədənkənar iclası keçirilib. Şuradan “Unikal”a bildirilib ki, yığıncaqda açıq səsvermə yolu ilə…
Azərbaycanda əsassız varlanma ilə bağlı – Mühüm qərar

Azərbaycanda əsassız varlanma ilə bağlı – Mühüm qərar

Ali Məhkəmənin Mülki kollegiyası əsassız varlanma ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Proses.az Ali Məhkəməyə istinadən…
İlham Əliyevdən Qərbi azərbaycanlılarla bağlı MÜHÜM AÇIQLAMA

İlham Əliyevdən Qərbi azərbaycanlılarla bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Proses.az xəbər…
Rusiyada azərbaycanlı gözəllik salonuna girərək keçmiş arvadını döydü – ANBAAN GÖRÜNTÜ

Rusiyada azərbaycanlı gözəllik salonuna girərək keçmiş arvadını döydü –…

Rusiyanın Nijnevartovsk sakini Anastasiya İ. bir neçə aydır keçmiş əri tərəfindən təqib olunduğunu bildirib. BAKU.WS xəbər verir ki, bu barədə o,…
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə naməlum qadının digər şəxsə qarşı qeyri-adekvat hərəkətlərini əks etdirən görüntüləri yayılıb. Proses.az xəbər verir ki, bu görüntülər polis…
Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Proses.az-a…
Yeni təyin edilən nazir kimdir? – DOSYE

Yeni təyin edilən nazir kimdir? – DOSYE

Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. Yeni təyin edilən nazirin dosyesini təqdim edirik. O, 1967-ci ildə…
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? – FAKTLAR

Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? – FAKTLAR

Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədovun barəsində olan hökmdən verilmiş kasasiya şikayətinə baxılıb. Teleqraf-ın əldə etdiyi xəbərə görə, Ali…