• 30.10.2023 14:48

Kanadadan nümunə götürən Ermənistan – kütləvi məzarlıqlar, soyqırımı – ŞƏRH

Kanadadan nümunə götürən Ermənistan – kütləvi məzarlıqlar, soyqırımı – ŞƏRH

Fransa ilə yanaşı, “ermənidən artıq erməni olan” dövlətlərin sırasında Kanada da var. Mövcudluğu ərzində dünyada baş verən ciddi münaqişələrə reaksiya verməyən, əsasən neytral qalmağa üstünlük verən Kanada hökumətində son bir neçə ildə saxta “erməni sevgisi” pik həddə yüksəlib. Anti-Azərbaycan isterika isə ölkə rəhbərliyində özünü daha qabarıq göstərir. Artıq Azərbaycana qarşı sanksiyaların tətbiqindən dəm vurmağa başlayıblar.

Üzərində “marionet dövlət” damğası olan Kanada aldığı əmrə uyğun olaraq 2020-ci ildən Azərbaycan və Türkiyəni hədəfə alıb. Sözsüz ki, rəsmi Ottavanı ermənilərə “sevgi” nümayiş etdirməyə məcbur edirlər. Bu dövlətlər isə ABŞ və Fransadır. Halbuki, kanadalılar arasında sorğu keçirilsə, böyük əksəriyyətinin nə bölgədən, nə də artıq həllini tapan Qarabağ məsələsindən xəbərləri olacaq. Ermənistanın on minlərlə kilometr uzaqlarda yerləşən Kanada ilə nə iqtisadi, nə siyasi, nə də tarixi bağlılıq olmadığı halda, ölkə rəhbərliyi heç bir əsaslı fakt, arqument ortaya qoymadan Ermənistanın məsələlərini özü üçün prioritet elan edib.

Ermənistanı “su yolu”na döndərən Kanadanın xarici işlər naziri xanım Melani Coli anti-Azərbaycan isterikanın başında durur. O, riyakarcasına Azərbaycandan tələb edib ki, Qarabağdan könüllü çıxan insanların qayıtmasına şərait yaratsın. Özü də Kanadanın xarici işlər naziri artıq neçənci dəfədir ki bütün etik çərçivə və normaları aşaraq anti-Azərbaycan ruhlu bəyanatlarla çıxış edir. Ermənistanın 30 illik işğalı zamanı səsi çıxmayan Kanada bütün beynəlxalq hüquq normalarını pozduğunu da anlamır, nə BMT-nin bölgəyə səfər edən missiyasının, nə də Beynəlxalq Qızıl Xaç Komitəsinin hesabatlarına nəzər salır.

Cənubi Qafqazda “savaşa qoşulan” Fransanın diktəsi ilə oturub-duran Kanadanın son tezisləri Parisdən və ABŞ-dən aldığı gün kimi aydındır. Yoxsa, indiyə qədər heç bir beynəlxalq münaqişəyə rəy belə bildirməyən Kanadaya nə düşüb ki, durub bir ovuc erməni ilə maraqlansın? XİN rəhbəri ölkəsində aborigen hindu əhalinin başına hansı müsibətləri gətirdiklərini yəqin unutmamış deyil. Unudubsa, yalnız son illər ərzində hinduların basdırıldığı saysız-hesabsız kütləvi məzarlıqlara nəzər salsın. Ermənilər də, güman ki, onlardan ilhamlanaraq Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib, Kanadadan nümunə götürərək soydaşlarımızı kütləvi məzarlıqlarda basdırıb.

Yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir.

Əvvəlcə yerli hindu uşaqları üçün 1840-cı ildə bu ölkədə açılan internatlarda kütləvi şəkildə uşaqların öldürülməsi faktlarını yada salaq. Həmin internat məktəblərində 150 mindən çox yerli uşaq saxlanılıb. Hətta bəzi uşaqlar üzərində tibbi təcrübələr də aparılıb. Baş verənlər 2015-ci ildə “mədəni soyqırımı” olaraq xarakterizə edilib. Bu cür faktlar qarşısında kanadalı nazirin nəinki Azərbaycana qarşı fikir səsləndirməsinə, hətta demokratiya və etikadan danışmağa belə haqqı yoxdur.

İkincisi, kanadalı nazirin səsləndirdiyi açıqlamalar onun XİN başçısı kimi səriştəsizliyini üzə çıxarıb. Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir.

Üçüncüsü, Colinin Azərbaycanı sanksiyalarla hədələməsi isə artıq isterikadır. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan və Parisdən gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Burada belə bir analogiya da apara bilərik: Kanada ilə Amerikanın hər hansı bir ştatı arasında yeganə fərq ondadır ki, ştat qubernatorlarının daha çox səlahiyyəti var, nəinki Kanada hökumətinin. Ştat qubernatorları belə bəzən Vaşinqtondan fərqli mövqe tuta bilərlər, Kanadanın hökumətinin isə belə bir səlahiyyəti də yoxdur.

Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlər göstərir ki, nazirin adi coğrafi bilikləri də yoxdur. Əks halda, o, Azərbaycanın əhəmiyyətini anlayardı. Bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Mövcud siyasi vəziyyətə görə Çinin buna razılıq verməsi mümkün görünmür, odur ki, Kanada bu məsələdə Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır. Bu isə o deməkdir ki, Kanada Azərbaycana yox, Azərbaycan Kanadaya sanksiya tətbiq edə bilər.

Yekun olaraq onu deyək ki, bir xalqı məhv edib, soyqırımı törədərək yaranan ölkənin Azərbaycanı etnik təmizləmədə ittiham etməsinə nə reallıq, nə də tarixi həqiqətlər yol verir. Daha öncə Azərbaycana qarşı qərəzli, birtərəfli fikirlər səsləndirən ölkələrin planları həqiqətlər qarşısında iflasa uğradı. Kanada da bu aqibətdən qaça bilməyəcək, öz payına düşəni alacaq. Azərbaycan bu gün regionda böyük söz sahibidir, onun imzası olmadan bölgədə heç bir layihə həyata keçmir. Ermənistan da bunu nəzərə alsa, Fransa və Kanada kimi dövlətlərin çağırışlarını qulaqardına vursa, yaxşı olar. Kanada isə Azərbaycanı sanksiyalarla hədələməkdənsə, regionda sülh çağırışlarına qoşulsa daha məqsədəuyğun olar.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…