- 12.11.2023 20:48
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – XƏBƏRDARLIQ
Dağlıq və dağətəyi rayonların magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, noyabrın 13-də dağlıq və dağətəyi rayonlarda əsasən gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.