• 12.11.2023 21:20

Dədə Süleymanın qızı qardaşının iddialarına cavab verdi

Dədə Süleymanın qızı qardaşının iddialarına cavab verdi

Xəbər verdiyimiz kimi, mərhum Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) oğlu Cümşüd efirə çıxaraq bacısı Aygün Abdullayevanın atasından qalan mülkləri ələ keçirdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, mərhum sənətkarın qızı Aygün Abdullayeva “Bizimləsən” verilişinə gələrək qardaşının irəli sürdüyü ittihamlara cavab verib. Aygün bildirib ki, Cümşüd etibarnaməni ona öz istəyi ilə verib. Lakin qardaşının göndərdiyi etibarnamə onun evinə gəlib çıxmayıb:

“Həbsxanada olan zaman bir gün Cümşüd mənə zəng vurdu. Söylədi ki, mən bir səhv etmişəm etibarnaməni vermişəm oğluma. Həyat yoldaşım deyib ki, etibarnamə ver, evi satıram. Mənim əlimdə həmin evin çəkilən şəkilləri var. O şəkillər də evin satılması üçün çəkilib. Diqqətlə baxsanız görərsiniz ki, ev çox səliqəlidir. Şəkillərdə ev alqı-satqı saytına yerləşdirilib. Cümşüdün yanında həbsxanada olan digər yoldaşları ona səhv etdiyini deyiblər. Bir ailə ki, səni tərk edir və həyat yoldaşın boşanma sənədini həbsxanaya göndərirsə, sən ev haqqını tələb et. Sonra Cümşüd mənə həbsxanadan zəng vurub, ağlayaraq söylədi ki, sənə etibarnamə verirəm və yanımda yoldaşlarım deyir ki, həbsxanadan çıxandan sonra küçədə qalacaqsan, ona görə də etibarnaməni bacına ver. Atam da zəng vurub Cümşüdlə danışanda eyni sözləri ona söyləyib və deyib ki, sənin ev haqqın var. Cümşüd həmin etibarnaməni yollayıb. Amma o yolladığı etibarnamə evimə gəlib çatmadı. Çümşüdün dediyi sözlərin hamısı yalandır. Siz ona inanmayın”.

Xanəndənin qızı qardaşının zirzəmidə yaşamasını yalanlayıb. Belə ki, Aygün vurğulayıb ki, Cümşüd ailəsi ilə barışıb və hazırda onlarla 3 otaqlı evdə yaşayır:

“Çümşüd mənim qardaşımdır. Ondan imtina etməmişəm. Dekabrın 3-ü 40 min manatla hökumətin notariusuna getdik və o sənədə imza atdıq. Sual verin mənə ki, Aygün, sən o pulu niyə evində qardaşın Cümşüdə vermədin? Cümşüd gedib, o uçuq, zirzəmi kimi bir yerdə guya ki yaşayır. Cümşüd 3 otaqlı evindən çıxıb, gedib o yerdə qalır. Həmin zirzəminin yiyəsi Arzuxan adında şəxsə xahiş edib ki, mənə bir həftə vaxt ver, burada qalıb, hansı şəraitdə yaşadığım haqda verilişdən gəlib süjet çəkiləcək. Qoy camaat bilib, görsün ki, mən bu cür şəraitdə yaşayıram. Cümşüd atamız Dədə Süleymanın evindən ona görə qovulub ki, qardaşımın xəstəliyi tutub və atasının yanına qaçaraq başlayıb onu boğmağa. Bəli, Cümşüd atamızı boğub. Buna görə isə mən qardaşımı qınamıram. Atam qaçıb həyətimizə, başlayıb qışqırmağa ki, tez köməyə gəlin”.

Proqramda Aygünün verilişə təqdim etdiyi atası Dədə Süleymanın sağikən oğlu Cümşüd haqda gileylənməsinin səs yazısı yayımlanıb. Səsdə “Cümşüd yarımçıq anadan olub. Cümşüd 5-6 aylığında anadan olub. O ancaq ziyankardır. Sənin (qızı Aygünü nəzərdə tutur – red.) qadan-balan hamısı onların başına gəlsin. Aygünüm, heç zaman. Aygün qızım mənə oğulluq, analıq, bacılıq edir”.

Qeyd edək ki, Cümşüd daha əvvəlki açıqlamasında bildirib ki, atasından qalan mülkləri bacısı Aygün Abdullayeva ələ keçirib. Bundan sonra o, küçələrdə qalır.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…