• 14.11.2023 14:45

Bakıda DƏHŞƏT: Məktəbli oğlan anasını 192 dəfə BIÇAQLADI

Bakıda DƏHŞƏT: Məktəbli oğlan anasını 192 dəfə BIÇAQLADI

Anasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan 16 yaşlı Z. M.-nin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda qətlə yetirilən şəxsin hüquqi varisinin vəkili iş üzrə bəzi şübhəli məqamlara diqqət çəkib.

Vəkil iddia edib ki, hadisə tək adam tərəfindən törədilməyib, cinayətdə başqa şəxslərin də əli olub:

“Zərərçəkmiş şəxsə 192 bıçaq zərbəsi vurulub. Bu, tək adamın işi deyil. Bundan əlavə şübhə yaratmağa əsas verən bəzi nüanslar var. Məsələn, hadisə baş verən gecə təqsirləndirilən şəxslə birgə onun yetkinlik yaşına çatmış iki bacısı da evdə olub. Atası isə həmin gecə işdə olduğuna görə ona telefonla məlumat verilib. Amma maraqlıdır ki, bacılar sübutları yox etmək niyyəti ilə evin müxtəlif otaqlarına yayılmış qan ləkələrini siliblər, hadisənin intihar olduğu barədə yalan məlumat veriblər. Həmçinin hadisə vaxtı övladları analarına kömək etməyib, onu yaralı halda qoyub qaçıblar”.

Təqsirləndirilən şəxsin kiçik bacısı Nərmin Mansurova da prosesdə iştirak edib. O, ifadəsində qardaşının hadisəni törətməsinin səbəbini anasının düz olmayan hərəkətləri ilə əlaqələndirib.

Məhkəmə tərkibinə daxil olan hakim Leyla Əsgərova-Məmmədova şahiddən qətldən sonra qan ləkələrini silmələrinin səbəbini soruşub:

“Çünki polisdən qorxurduq. Ona görə qanı sildik”, – deyə şahid cavab verib.

İşdə şübhə yaradan məqamlardan biri isə bacıların hər ikisinin təhsillərini yarımçıq qoymalarıdır. Belə ki, ailənin böyük qızı Nigar universitet, Nərmin isə kollec tələbəsi olublar. Lakin onlar hər ikisi təhsillərini yarımçıq saxlayıblar.

Hüquqi varisin vəkili məhz bu məqama da toxunub, təhsil müəssisələrindən xasiyyətnamə alınmasını istəyib:

“Bacılar hər ikisi dindardır. Biz belə düşünürük ki, anası bu səbəbdən onlara təzyiq edib. Həmçinin onların dini paltarlarını yandırıb”.

Təqsirləndirilən şəxs vəkilin sözləri ilə razılaşmayıb. O, anası tərəfindən dini paltarların yandırılmasını inkar edib.

Prosesdə təqsirləndirilən şəxsin hadisə yerindəki ifadəsi əks olunmuş videoya baxılıb. Yeniyetmə həmin ifadəsində anasını ona mütəmadi olaraq işgəncə verdiyinə görə öldürdüyünü deyib.

Prokuror Rauf Malışovu maraqlandıran məsələlərdən biri təqsirləndirilən şəxsin hadisədən əvvəl anası tərəfindən hansı işgəncələrə məruz qalması olub.

Təqsirləndirilən şəxsin dediyinə görə, anası onu əsasən şişlə döyürmüş. Bundan başqa, ona bıçaqla hədə-qorxu gəlib. Dediyinə görə, qonşuluqda yaşayan Şəhla adlı xanım da bilir.

Prokuror ekspert rəyinə istinad edərək qeyd edib ki, təqsirləndirilən şəxsin bədənində müəyyən sıyrıqlar olub, lakin həmin sıyrıqlar qətl vaxtı yaranıb:

“Hesab edirəm ki, Z.M.-nin sonuncu hadisədən əvvəl xəsarətlərinin olub-olmadığı araşdırılmalıdır. Bundan əlavə, təklif edirəm ki, təqsirləndirilən şəxsin qonşuları məhkəmədə dindirilsinlər”.

Vəkil işin istintaqa qaytarılmasını istəyib: “Hələ əlavə şahidlər gəlsin, nə isə şübhəli məqam ortaya çıxsa, mən özüm də vəsatət verərəm”.

Məhkəmə prokurorun vəsatətini tam, hüquqi varisin vəsatətini qismən təmin edib.

Təqsirləndirilən şəxsin qonşularının, ona dərs deyən müəllimlərin məhkəməyə çağırılmasına və bacılarının qəbul olunduğu təhsil müəssisələrinə sorğular verilməsinə qərar verilib.

Proses dekabrın 12-si davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən yeniyetmə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Lakin qanuna görə yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilə bilməz.

Xatırladaq ki, hadisə bu ilin fevralında Xətai rayonu ərazisində qeydə alınıb. İttihamda deyilir ki, 16 yaşlı Z. M. anası, 46 yaşlı Solmaz Mansurovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Təqsirləndirilən şəxs cinayət törədən vaxt məktəbli olub.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…