- 15.11.2023 10:20
İsrail hərbçiləri Qəzzada “əl-Şifa” xəstəxanasına girib – VİDEO
İsrail ordusunun bölmələri Qəzzada yerləşən “əl-Şifa” xəstəxanasına daxil olub.
Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
Məlumata görə, “əl-Şifa” xəstəxanasında HƏMAS-ın əsas qərargahının bunkeri yerləşir.
Hazırda israilli hərbçilər xəstəxananı qarış-qarış gəzərək bunkerin yerini tapmağa çalışır.