• 21.11.2023 18:16

Gəncənin tanınmış iş adamı niyə həbs edilib? – Sevgi cinayəti

Gəncənin tanınmış iş adamı niyə həbs edilib? – Sevgi cinayəti

Gəncənin tanınmış iş adamlarından biri Bakıdakı “Qəbələ” adlı restoranın icarədarını bıçaqladığı üçün həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə iş adamının nigahdan kənar yaşadığı Gülnaz (ad şərti) adlı qadına görə baş verib. “Qəbələ” restoranın icarədarı Adil adlı adlı şəxs, inzibatçısı isə Gülnaz olub.

Adilin işçisi olan Gülnazın dediyinə görə, Gəncə şəhərində böyük iş adamı kimi tanınan Zaur Kərimovla (soyad şərti) nigahdan kənar münasibətdə olub. Zaur Kərimov həyat yoldaşından boşanıb və Gülnazla birlikdə Bakıda yaşamağa başlayıb.

O, həm də Gülnazın Adilin işlətdiyi restoranda işləməsinin əleyhinə olub. Adil də Gülnazı sevdiyindən Zaur onu qısqanıb və bu səbəbdən aralarında dəfələrlə mübahisə yaranıb. Adil Zaura Gülnazla aralarında heç bir sevgi münasibətinin olmadığını deyəndən sonra onlara Əhmədlidəki “Legenda” adlı restoranında qonaqlıq verib.

Həmin gün yeyib-içdikdən sonra Zaur Gülnazla evinə qayıdıb. Adilin Gülnaza zəng etdiyini görüb və telefonunu alaraq onu söyüb. Adil də Zaurun yaşadığı binayaya gələrək evinin qapısını döyüb. Zaur qapını açandan sonra Adil onu butulka ilə başından vurub. Sonuncu isə mənzilin mətbəxindən götürdüyü bıçaqla ona xəsarət yetirib. Nəticədə Adil ağır xəsarətlə xəstəxanaya yerləşdirilib və hadisədən bir neçə gün sonra Zaur saxlanılıb.

Zaur məhkəmədə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib və Adili evinə hücum etdiyi üçün bıçaqladığınl bildirib. O, 9 ildir Gülnazla yaşadığını və Gəncə şəhərində böyük iş adamı olduğunu deyib. Sonra maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün Bakıya gəlib. Burada icarəyə restoran götürərək işlətməyə başlayıb. Bundan sonra Gülnazla Adilin arasında nəsə olduğunu eşidib. Bu səbəbdən Adillə danışaraq, aralarında nəsə varsa, ona deməsini istəyib: “Adil and-aman etdi ki, onların arasında belə bir şey yoxdur, istəsə telefon danışıqlarına da baxa bilər. Amma sonradan mənə məlum oldu ki, Adil dəfələrlə Gülnazdan məndən ayrılmasını və onunla birgə yaşamasını tələb edib”.

Məhkəmənin qərarı ilə Zaur Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…