• 22.11.2023 10:43

Arvadını öldürən üç uşaq atası: “Onu əvvəl boğmağa başladım”

Arvadını öldürən üç uşaq atası: “Onu əvvəl boğmağa başladım”

Bakıda arvadını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Zöhrab Quliyevin məhkəmə ifadəsi məlum olub.

Proses.az “pravda.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Zöhrab Quliyev ifadəsində göstərib ki, 2004-cü il tarixdə zərərçəkmiş, Sevinc Quliyeva ilə evlənib. Həmin evlilikdən üç övladları olub. O deyib ki, son vaxtlar Sevinc açıq-saçıq geyinib və küçəyə də bu formada çıxıb:

“Ona bu cür geyinməməsi barədə irad tutsam da, dinləmirdi. 2020-ci ildə Sevincdən boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Belə ki, Sevinc problemlər yaradır, öz bildiyi kimi hərəkət edir, təhqirlə danışır, məni bir ər kimi saymırdı. Həyat yoldaşım barəmdə polisə şikayət edəcəyini, döyüldüyünü deyərək məni tutduracağını söyləyirdi. Buna görə də qorxub boşanma ərizəsini geri götürürdüm. 2022-ci ilin avqust ayında məhkəməyə müraciət etdim və bu dəfə ərizəni geri götürmədim.

O vaxtdan məhkəmə mübahisəsi davam edirdi və Sevinclə mübahisələrimiz daha da şiddətlənmişdi. Sevinc yüksək səslə söyüşlə danışır, açıq-saçıq geyinməyə davam edirdi. Sonuncu dəfə 10 may 2023-cü il tarixdə, saat 9 radələrində yaşadığım Sabunçu qəsəbəsindəki evdə onun səsinə yuxudan oyandım. Sevinc yüksək səslə mənə və oğluma qarşı söyüşlər söyürdü və yüksək səslə qışqırırdı. Həmçinin həmin gün də arvadım açıq-saçıq geyinmişdi”.

Zöhrab Quliyev qətl hadisəsi barədə danışarkən deyib ki, əvvəlcə qadını boğub: “Arvadıma yenə susmasını, təhqirlərə son verməsini istədim, lakin Sevinc yaxşı elədiyini bildirdi. Həmin vaxt saat 10 radələri idi. Onun əlində tozsoran vardı. Dəhlizdə Sevincin boğazından sağ əlimlə tutdum və arxası üstə onu yerə yıxdım. Hər iki əlimlə onun boğazından tutub sıxmağa başladım. Sevinc müqavimət göstərməyə çalışdı. Onun müqavimətini gördüyüm üçün bundan sonra dərhal mətbəxə getdim və oradan bıçağı götürüb dəhlizə qayıtdım.

Sonra Sevincə bıçaq zərbələri vurdum. Sevinc arxası üstə halsız vəziyyətdə uzanıqlı idi. Bıçaq zərbələri vurarkən arvadım əvvəl müqavimət göstərsə də, sonradan səsi gəlmədi. Bundan sonra Sevincin öldüyünü anladım və bıçağı onun meyitinin yanına yerə qoydum, polisə gedərək təslim oldum. Orada törətdiyim əməli etiraf etdim. Özümü ona görə qismən təqsirli bilirəm ki, Sevinc məni onu öldürməyə məcbur etdi. Eyni zamanda arvadımın açıq-saçıq geyinməsi və təhqirli sözlər işlətməsi məni onu öldürməyə vadar etdi. Əməlimdən peşmanam”.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin qısqanclıq zəminində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanı qətlə yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib. Z.Quliyev könüllü polisə təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zöhrab Quliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq

Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq

Rusiyanın Novosibirsk şəhərində 36 yaşlı Natalya Ustinovanın qətli ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb. Proses.az lent.az-a istinadən bildirir…
“Bütün ölkə mənim dodaqlarımdan DANIŞIR” – VİDEO

“Bütün ölkə mənim dodaqlarımdan DANIŞIR” – VİDEO

Aparıcı Nigar Fərhad açıqlaması ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, o, müzakirələrə səbəb olan etdirdiyi dodaq dolğusundan danışıb. “Bütün…
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq

İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq

Aparıcı İlqar Mikayıloğlu yeni mövsümdən etibarən ekranlara qayıdır. Proses.az olay-a istinadən xəbər verir ki, o, ARB TV-də “Günə bax” adlı…
Qızının Alim Qasımovla paylaşımı – FOTO

Qızının Alim Qasımovla paylaşımı – FOTO

Xalq artisti Alim Qasımovun qızı Dilruba Qasımova paylaşımı ilə diqqət çəkib. Medianews.az olay-a istinadən bildirir ki, instaqramda yayımladığı fotoda sənətkar…
“Anam üçüncü dəfə övlad itkisi yaşadı”

“Anam üçüncü dəfə övlad itkisi yaşadı”

“Canım qardaşım, 40 gündür ki, bizdən ayrılmısan. Evin hər yerində, gözümüz səni axtarır… Sənin vəfatınla anamız üçüncü dəfə övlad itkisini…
Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icra kimə tapşırıldığı məlum olub. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu…
Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?

Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?

Noyabr ayında Bakıda keçiriləcək COP29 sammiti müddətində ümumi orta təhsil müəssisələrində payız tətilinin elan olunacağı, ali təhsil və peşə məktəblərində…
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

Son günlər əhali arasında kəskin baş-boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyə həm uşaqlarda, həm də…
Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib – FOTO

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım…
İsti yaydan sonra dəhşətli soyuqlar gəlir? – Vacib məlumat

İsti yaydan sonra dəhşətli soyuqlar gəlir? – Vacib məlumat

Araşdırmalar bu il dünyada ən isti yay fəslinin olduğunu ortaya çıxarıb. Adətən, insanlar yay qızmar keçəndə, qışın da sərt olacağını…
Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu

Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu

Aksizsiz malları və dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Proses.az xəbər verir…
“Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim” – 6 uşaq anasının məhkəməsi

“Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim” – 6 uşaq…

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1-ci (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə)…
Ağayevin vəkilindən SƏRT SÖZLƏR: “Medera Hospital” bu görüntüləri…

Ağayevin vəkilindən SƏRT SÖZLƏR: “Medera Hospital” bu görüntüləri…

Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”ı məhkəməyə verməsinin detalları məlum olub. Sənətçinin vəkili Asif Mustafayev Oxu.Az-a açıqlama verərək A.Ağayevin hospitalı…
“Gələn həftədən həyatımda yeni səhifə açacağam“

“Gələn həftədən həyatımda yeni səhifə açacağam“

“Gələn həftədən həyatımda yeni səhifə açacağam”. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) deyib. O bildirib ki,…
Mehriban Ələkbərzadə Rozanın oğulluğunu işdən çıxardı

Mehriban Ələkbərzadə Rozanın oğulluğunu işdən çıxardı

Akademik Milli Dram Teatrının direktoru Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarıb. Medianews.az pravda.az-a istinadla xəbər verir ki, bu barədə…