- 23.11.2023 12:30
Fenomen bu videosuna görə yenidən saxlanıldı – VİDEO
Dilan Polat və Engin Polat cütlüyü davası ilə gündəmə gələn sosial media fenomeni və gözəllik mərkəzinin sahibi Banu Parlak sosial media hesablarında silahlı paylaşımlarına görə yenidən saxlanılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, videoda Banu Parlakın belindən tapança çıxararaq “Mənim də belə maraqlarım var, maşın, ev yox. Bəs nə edək? Bu günü çox gözlədim” deyib.
Qeyd edək ki, polis Banu Parlakın evində axtarış zamanı “Glock” markalı sənədsiz silah və 9 ədəd patron ələ keçirib.