• 30.11.2023 10:29

100 yaşında vəfat edən Kissincer kim olub? – DOSYE

100 yaşında vəfat edən Kissincer kim olub? – DOSYE

ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Tanınmış siyasətçi noyabrın 29-da Konnektikut ştatındakı evində həyatını itirib.

Qeyd edək ki, Henri Kissincer adı deyilən zaman ağıla gələn ilk bunlardır:

Nobel sülh mükafatı laureatı; Misirin İsraili tanımasını təmin edən şəxs; “Təhlükəsiz irrasionallıq” doktrinasının müəllifi; ABŞ və SSRİ arasındakı nüvə mübarizəsinin əsasını qoyan siyasət professoru; ABŞ-nin Dövlət katibi, Milli Təhlükəsizlik Komitəsinin, Psixoloji-Strateji Komitənin, Əməliyyat-Araşdırma İdarəsinin sədri, Silah Sistemlərinin qiymətləndirilməsi qrupunun müşaviri vəzifələrini icra etmiş siyasətçi; Beynəlxalq ictimaiyyətin xilasedici nəzərilə yanaşdığı ABŞ prezidenti Barak Obamanın Xarici Siyasət Məsələləri üzrə Baş müşaviri; Genetikası Dəyişdirilmiş Orqanizmlər dokrinasının müəlliflərindən biri.

O, 1923-cü ildə Almaniyada, Bavariya əyalətinin Fyürt şəhərində yəhudi ailəsində anadan olub. Atası Luis Kissincer (1887-1982) məktəb müəllimi, anası Paula Ştern Kissincer (1901-1998) isə evdar qadın olub. Kiçik qardaşı Valter Kissincerdir.

1938-ci ildə Kissincerlər ailəsi nasist təqibindən xilas olmaq üçün ABŞ-yə yollanır. Kissincerin tələbəlik illəri Manhettendə keçir. Burada o yəhudi icmasının fəallarından birinə çevrilir. Henrinin Amerika həyat tərzinə öyrəşməsi uzun vaxt tələb etmir. O, Corc Vaşinqton adına gimnaziyada təhsil aldığı illərdə gecələr dəsrlərə gedir, gündüzlər isə fabrikdə çalışır. Gimnaziyanı bitirdikdən sonra Henri Nyu-York Şəhər kollecində mühasibatlıq şöbəsində təhsilini davam etdirir. 1943-cü ilin əvvəllərində ABŞ ordusunun sıralarına çağırılan Henrinin təhsili müvəqqəti olaraq, yarımçıq qalır.

1943-cü ildə Henri siravi əsgər kimi Amerika QURU Qoşunlarının 84-cü piyada diviziyasında hərbi xidmətə başlayır. Hərbi xidməti II Dünya Müharibəsinə təsadüf edən Kissincer faşizmin məğlub edilməsindən sonra Amerikanin işgal etdiyi ərazilərdə əks-kəşfiyyat qüvvələrində çalışır. 1945-ci ildə H.Kissincer Almaniyanın Hannover şəhərində Gestapo üzvlərinin və faşist təxribatçılarının zərərsizləşdirilməsindəki xidmətlərinə görə Bürünc Ulduz medalı ilə təltif edilir. Ordudan tərxis olunduqdan sonra 1946-cı ildə Kissincer bir müddət Kemp Kinqdə yerləşən Avropa Komanda Kəşfiyyat məktəbində dərs deyir.

1947-ci ilin yazında ABŞ-yə qayıdan Kissinger Harvard universitinə daxil olur. Müəllimləri onun qeyri-adi biliyini, fəlsəfə və tarixdəki nailiyyətlərini qiymətləndirirdilər. Universiteti bitirdikdən sonra Kissinger aspiranturaya daxil olur və “Bərpa olunmuş dünya nizamı – Kasri, Metternix və sülhün bərpası, 1812-1822-ci illər” adlı dissertasiyasını yazır. 1952-ci ildə Harvardda təhsil aldığı illərdə Henri Psixoloji-Strateji İdarə heyətinin sədrinin müşaviri vəzifəsində çalışır. 1955-ci ilin martında Kissinger Xarici Əlaqələr üzrə şuranın tədqiqat qrupunun tərkibinə daxil olur. Onun “Nüvə silahı və xarici siyasət” adlı monoqrafiyası istər ABŞ, istərsə də onun sərhədləri xaricində məşhurluq qazanır və sözügedən monqrafiyasına görə o V.Vilson mükafatına layiq görülür. H.Kissincer nüvə silahından istifadədə müxtəlif yanaşmalardan çıxış edir. Kissingerə görə, məhdud nüvə müharibəsi atom silahına, yaxud böyük hərbi və canlı qüvvəyə malik olan digər böyük dövlətlərə qarşı mübarizədə effektiv strategiya ola bilər. 1957-ci ilin yayında Kissinger Harvard universitetinə müəllim kimi qayıdır. İki il sonra, 1959-ci ildə o, dosent, 39 yaşında isə professor dərəcəsinə alır.

H.Kissincer 1956-1958-ci illərdə “Rokfeller Qardaşları” fondunda beynalxalq məsələlər üzrə əvəzçi müşavir, daha sonra ABŞ-nin əsas daxili və xarici siyasət məsələlərinə siyasi rəhbəliyi təkmilləşdirmək üçün yaradılmış xüsusi tədqiqat layihəsinin direktoru olur. Bu layihəyə rəhbərlik etməklə Kissinger böyük diplomatlar, dövlət xadimləri, alimləri və biznesmenlərlə tanış olmaq imkanı əldə edir. Daha sonra Kissincer milli təhlükəsizlik məsələləri üzrə Komissiyanın işində iştirakı təklifini qəbul edir. 1961-ci ildə Henri Kissincerin Amerikanın nüvə silahı arsenalını və məhdud müharibələr üçün adi sialahlı qüvvələrin sayını artırmaqdan bəhs edən “Seçimin zəruriliyi: amerikan xarici siyasətinin perspektivləri” adlı kitabı işıq üzü görür. Həmçinin, bu illərdə Amerikanın xarici və hərbi siyasəti haqqında çoxsaylı məqalələri dərc olunur. Bununla yanaşı o, 1958-71-ci illər arasında Harvard universiteti Müdafiə Tədqiqatları Proqramının direkoru vəzifəsində çalışır.

1965-ci ildə Kissincerin Atlantika İttifaqına yenidən baxılması haqqında yeni “Etibarsız ortaqlıq” adlı kitabı işiq üzü görür. 1968-ci il noyabr ayının 25-də Kissincer yeni seçilmiş prezident Riçard Nikson hökumətində milli təhlükəsizlik məsələri üzrə müşavir vəzifəsini icra edir. H.Kissincer müxtəlif siyasi qərarların qəbul olunmasında yaxından iştirak edir. Kissinger yaradıcılığını tədqiq edən Esmen yazırdı ki, məsələlərin həlli variantını seçmək onun həllinə təsir etmək deməkdir, çünki variantları hazirlayan insan lüzumsuz hesab etdiyi alternativləri nəzərə almır. Çoxsahəli sistemin yaradılmasının təşəbbüskarı olan Kissincer Milli Təhlükəsizlik Komitəsinin sədri seçilir.

Kissincer Vyetnam müharibəsinin başa çatdırılmasında, eləcə də ABŞ-SSRİ, ABŞ-Çin əlaqalərinin normallaşmasında mühüm rol oynayır və faktiki olaraq, ABŞ-nin xarici siyasi kursunda əsas söz sahibinə çevrilir.

1969-cu ilin yanvarından 1972-ci ilədək Kissinger 26 ölkəyə 29 səfər həyata keçirərək, prezident R.Niksonla xarici dövlətlərin liderləri arasında baş tutan 140 görüşdə iştirak edir.

1973-cü ilin yanvarında məhz Kissincerin təşəbbüsü ilə Vyetnamda sülhün bərpası haqqında müqavilə imzalanır. Elə həmin il o, “Nobel” sülh mükafatına layiq görülür.

1974-cü ildə 4 dövlət – ABŞ, SSRİ, Fransa və İngiltərə arasında uzun sürən danışıqlar nəticəsində Qərbi Berlinin statusunu müəyyən edən müqavilə imzalandı ki, bu da Avropada vəziyyəti bir qədər yüngülləşdirirdi. Nikson Kissincer və digər ekspertlərin təsiri altında bu qərara gəldi ki, ABŞ və SSRİ arasında təxmini strateji mövqeyi seçmək strateji silahların məhdudlaşdırılmasına (SALT) doğru atılmış addımdır. Bu danışıqlarda Kissincer həlledici şəxs rolunu oynayır. Onun rəhbərliyi ilə Milli Təhlükəsizlik Komitəsində prezident üçün Helsinki danışıqlarının əsas istiqamətini müəyyən edən proqram işlənib hazirlanır.

Xatırladaq ki, Henri Kissincer, Lourens İqlberger və Brent Skoukroftun respublikaçı Prezident Corc Buşa əhəmiyyətli təsiri səbəbindən ABŞ-nin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş 2002-ci ilin yanvarında dayandırılıb. 2002-2006-cı illərdə Corc Buş bu fərmanı təkrarlayıb.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…