- 05.12.2023 13:29
Belçika parlamentinin iranlı üzvünün həyatı təhlükədədir
Belçika polisi ölkə parlamentinin İran əsilli üzvü Dərya Səfaiyə həyatının təhlükədə olduğu barədə xəbərdarlıq edib.
Proses.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bununla bağlı Dərya Səfainin özü bildirib. İran rejiminə müxalif parlament üzvü qeyd edib ki, polislər ona təhlükənin radikal islamçılar tərəfindən olacağını söyləyiblər.
“İslamçılar İranı işğal edərək bir dəfə mənim həyatımı məhv ediblər. Qərb xalqlarının da eyni təcrübəni yaşamasını istəmirəm və bu məqsəd üçün mübarizə aparacam”, – deyə Dərya Səfai əlavə edib.