- 11.12.2023 15:41
“Beyniniz inkişafdan qalıb, çərçivələr sizi boğub”
“Dünyagörüşü “plintus”dan aşağı olanlar hər mövzuda kiçik beyinləri yorub, fikir bildirməsələr daha sanballı görünə bilərlər. Nə bilim “müğənni sənəti ilə sevilsin, geyimi ilə deyil kimi” boş fikirləri özünüzə saxlayın”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Sənətçi “Açıq geyinən müğənnini telekanallara buraxmırlar” sözlərinə görə onu tənqid edənlərə cavab verib:
“Ən sevilən, məşhur, toylarınızın, tədbirlərinizin tacı olanlar elə açıq-saçıq geyinmləri ilə qəbul olunublar. O qədər burnunuzu hər yerə lazım oldu-olmadı soxursunuz ki, öz həyatınızı yaşaya bilmirsiniz, beyniniz inkişafdan qalıb, komplekslər, çərçivələr sizi boğub, özünüzdən xəbəriniz yoxdur.
Sizi heç qonşularınız tanımır, evinizdə sözünüzün dəyəri yoxdur, elə bilirsiniz şərhlərdə zəhərinizi töküb təmizlənirsiniz? Xeyr! Yenə də sizin sözünüzün dəyəri yoxdur. Sadəcə, nə qədər aciz, beyniboş olduğunuzu nümayiş edirsiniz. Gedin, indi bu boş beyninizlə bu dediklərimi həzm edib bu həqiqətlə yaşayın. Dünyadan xəbəriniz yoxdur, hələ qalmısınız keçmiş əsrlərin qul təfəkküründə. Onun bunun paltarın, şəxsi həyatını müzakirə etmək sizi nə hörmətə mindirir, nə də aciz olduğunuzu ört-basdır edir”.