- 13.12.2023 10:01
Məşhur fenomen 19 yaşında öldü – FOTOLAR
19 yaşlı braziliyalı Instagram ulduzu Maria Sofia dünyasını dəyişib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı braziliyalı Instagram ulduzu Maria Sofia Valim qaraciyər transplantasiyasından sonra faciəvi şəkildə dünyasını dəyişib.
Onun atası, Braziliyanın şimal-şərqindəki Seara əyalətinin Kaukaia şəhərinin meri Valinin ölüm xəbərini təsdiqləyib.
Qeyd edək ki, Sofiya bu yaxınlarda Taylor Sviftin konsertindən selfi çəkdirib, sosial media hesabında paylaşıb.