- 13.12.2023 10:26
“Qalatasaray” Avroliqada “Qarabağ”a rəqib ola bilər
Ötən gecə UEFA Çempionlar Liqasında səfərdə “Kopenhagen”ə 1:0 hesabı ilə uduzan “Qalatasaray” yoluna Avropa Liqasında davam edəcək.
BAKU.WS xəbər verir ki, “CimBom” bu turnirdə təmsilçimiz “Qarabağ”a rəqib ola bilər.
Belə ki, “sarı-qırmızılılar” Avropa Liqasının son 32 turunda öz qrupunda ikinci yeri tutan komandalarla qarşılaşacaq.
“Qalatasaray”ın Avropa Liqasındakı mümkün rəqibləri:
“Frayburq” / “Vest Hem Yunayted”
“Marsilya” / “Brighton”
“Real Betis” / “Rangers” / “Sparta Praqa”
“Sportinq Lissabon”
“Toulouse” / “Royale Union Saint-Gilloise”
“Rennes” / “Villarreal”
“Qarabağ” / “Molde”