• 13.12.2023 10:35

ƏHALİYƏ ŞAD XƏBƏR! Pandemiya cərimələri seçkiyədək silinə bilər

ƏHALİYƏ ŞAD XƏBƏR! Pandemiya cərimələri seçkiyədək silinə bilər

Ekspertlər hesab edir ki, cərimələrin ləğvi ədalətli qərar olardı

Azərbaycanda 2020-ci ilin martından koronavirus səbəbilə elan edilən xüsusi karantin rejimi aprel ayının 2-dək davam edəcək. Həmin tarixdən sonra karantin rejiminin uzadılması hələlik məlum deyil. Rejim tam ləğv edilməsə də, infeksiyanın çox yayıldığı zaman xeyli sayda insanın cərimələnməsinə səbəb olan maska və digər qadağalar götürülüb.

Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə keçirilən tədbirlər zamanı qaydalara uymayan vətəndaşlar cərimələnib. Lakin ümumilikdə nə qədər insanın cərimələndiyi, nə qədərinin cəriməni ödədiyi və borclu qaldığı haqda statistika yoxdur. Rəqəmlər məlum olmasa belə, hələ də sosial şəbəkələrdə cərimələrin ləğvi, məbləği barədə müzakirələr gedir.

Yada salaq ki, Azərbaycanda karantin rejiminin tətbiqi ilə bağlı ilk qərar 2020-ci il martın 24-də verilib. Həmin ilin iyun ayının əvvəlində həm açıq, həm də qapalı məkanlarda maska taxmaq məcburi elan olunub, bu qaydanı pozanları isə cərimələyiblər. Sonra cərimələrin məbləği iki dəfə artırılıb. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə 50 manatdan 100 manata, vəzifəli şəxslər üçün cərimə 100 manatdan 200 manata, hüquqi şəxslər üçün cərimə isə 200 manatdan 400 manata artırılıb.

Hələ də cərimə olunan və bunu ödəməyənlər cərimənin hansı halda silinməsinin mümkünlüyü ilə bağlı suallara cavab axtarırlar. Xüsusilə qonşu ölkələr, Gürcüstan və Türkiyə cərimələrin ləğvi və ödənilən cərimələrin məbləğinin geri qaytarılması haqqında qərar qəbul etdikdən sonra ölkədə buna ümid edənlərin sayı artıb.

Belə ki, Türkiyə Konstitusiya Məhkəməsi bir neçə ay öncə koronavirus pandemiyası zamanı karantin rejimi qaydalarını pozduqlarına görə ölkə vətəndaşlarına cərimə kimi ödədikləri pulların geri qaytarılmasına qərar verib. Pandemiya zamanı cərimələnən vətəndaşlar pullarının geri qaytarılması üçün müraciət edə biləcəklər. Yəni 11 mart 2020-ci il tarixindən 9 noyabr 2022-ci il tarixədək ödənilmiş bütün məbləğlər geri qaytarılacaq, ödənilməmiş cərimələr isə avtomatik olaraq ləğv ediləcək. Pandemiya borclarını silən və cərimələrin məbləğini vətəndaşlarına qaytarmağa qərar verən növbəti ölkə olan qonşu Gürcüstan olub. Bu addım ölkə vətəndaşları tərəfindən siyasi müdriklik aktı kimi qiymətləndirilib.

Maskasız, SMS icazə olmadan çölə çıxanların cərimələri hansı halda bağışlana bilər? Cəriməni ödəyənlərin ödədiyi məbləğ geri qaytarıla bilərmi? 

Razi Nurullayev: "Prezident İlham Əliyevə qətiyyətli sərkərdəlik bacarığına  görə minnətdaram"

Razi Nurullayev

Mövzu ilə bağlı Bizim.media-ya danışan deputat Razi Nurullayev cərimələrin ləğvinin tərəfdarıdır: “Buna hökumət, Milli Məclis səviyyəsində qərar verilə bilər. Gürcüstanda bu məsələ qaldırıldı və parlament səviyyəsində həll olundu. Hesab edirəm ki, Azərbaycanda da məsələyə diqqətlə yanaşılmalı və həll olunmalıdır.  Doğrudur, o vaxt kimlərsə cərimə olundu, amma dövlətin məqsədi insanları cərimələmək, insanların cibinə girmək deyildi. Məqsəd insanları məsuliyyətli olmağa dəvət etmək idi. Bu baxımdan, düşünürəm ki, bu cərimələr ləğv olunmalıdır. Bunun necə olacağını deyə bilmərəm. Amma bu məsələnin ciddi şəkildə həllinin tərəfdarıyam”.

Milli Məclisin üzvü cərimələrin geri qaytarılmasında Türkiyə təcrübəsindən istifadə edilməsini doğru hesab edir: “Cərimələrin geri qaytarılması ilə bağlı Türkiyədə təcrübə varsa və ölkəmizdə də bu, həyata keçirilərsə, təbii ki, vətəndaşlarımız çox razı qalar. Mən istəyərdim ki, olsun. Nə qədər mümkündür, mümkün deyil, gərək bununla bağlı əlaqədar orqanlar qərar versin. Amma niyə mümkün deyil ki? Həyatda mümkün olmayan nə isə varmı?! Hər şey mümkündür. Ən azından hələ ki ödənilməyən cərimələrin ləğv olunması ilə bağlı bir qərar lazımdır. Kimlərsə də ödəyibsə, onlara haqsızlıq olmasın deyə, həmin şəxslərin cərimələrinin geri qaytarılması gözəl bir addım olar”. Belə iddialar var ki, pandemiya cərimələri seçkiyədək silinə də bilər.

Natiq Cəfərli AXCP sədrini “bədbəxt” və “artist” adlandırdı

Natiq Cəfərli 

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda pandemiya zamanı yazılan cərimələrin ləğvi çox ədalətli qərar olardı: “İndi də məlum olur ki, o zaman da həm dünyada, həm də Azərbaycanda bu qadağaların və laktdaunların ləğv edilməsi xəstəliyə qarşı heç bir effekt verməmişdi. Hətta belə bir elmi araşdırmalar da var. Bir çox ölkələr də bunu əsas gətirərək bu cərimələrin böyük bir hissəsini ləğv etdi. Parlament ayrıca qanun qəbul edir, qanun nəticəsində cərimələr silinir. Nazirlər Kabinetinin xüsusi qərarı ilə bu mümkündür. Bu yanaşma qəbul olunsa, çox ədalətli olardı”.

İqtisadçı millət vəkili Azər Badamov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, karantin cərimələri ləğv edilsə, çox yaxşı olar: “Məhz dövlətin gördüyü təxirəsalınmaz tədbirlər sayəsində Azərbaycan dünyada pandemiyaya qarşı ən yaxşı mübarizə aparan ölkələrin sırasına daxil oldu. Bu gün isə demək olar ki, pandemiya başa çatıb. Amma pandemiya ilə bağlı tələbləri pozduğuna görə tətbiq olunmuş cərimələrin taleyi insanları narahat edir. Belə bir qərarın ölkəmizdə də qəbulu yaxşı hal olardı. Çünki bu cərimələrin tətbiqi pandemiyaya qarşı  mübarizədə vətəndaşların məsuliyyətini artırmaq məqsədi daşıyırdı. Ona görə də hesab edirəm ki, cərimələnmiş vətəndaşlarla bağlı icra olunmamış qərarlar da ləğv olunmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Bu qurumda 15 nəfər işdən çıxarıldı – SƏBƏB

Bu qurumda 15 nəfər işdən çıxarıldı – SƏBƏB

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 15 nəfər işdən azad edilib. Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib. Bildirilib ki,…
Yeni təyin edilən sədr kimdir? – DOSYE

Yeni təyin edilən sədr kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. 2003-cü…
Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin edib – Sərəncam

Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin…

Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki,…
Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR…

Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR…

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Məhəmməd (Muhammet) Gündüzün barəsində olan hökmdən verilən kasassiya…
“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə karyerasını MLS-in “Kolumbus Kryu” klubunda davam etdirəcək. Ağdam təmsilçisi də bu transferdən pul qazanacaq. MLS klubu…
Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki…
SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…