• 14.12.2023 09:12

“Arvad ərindən heç nə istəyə bilməz” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA – VİDEO

“Arvad ərindən heç nə istəyə bilməz” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA – VİDEO

Son zamanlar Türkiyədə sosial media fenomenləri çirkli pulların yuyulması səbəbilə həbs olunurlar. Bu məsələ Azərbaycan blogerlərinin də bahalı həyatlarını gündəmə gətirib. Hətta bir çox ailələr blogerlərin həyat tərzini yaşaya bilmədiklərinə görə dağılır. Araşdırmalar göstərir ki, qadınların çoxu bloger cütlüklərin dəbdəbəli həyatını ona yaşada bilmədiyinə görə, ərlərini günahlandırırlar.

Sosial şəbəkələrdəki bahalı həyatlar ailə institutlarının sıradan çıxmasında və ailələrin dağılmasında təsiredici rol oynayırmı?

Proses.az-ın məlumatına görə, psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, insanlar danışılan nağıllara inanmağa meyllidirlər: “Birincisi, hamı özünə sual verməlidir ki, bu cütlüklərin paylaşdıqları həyata onlar nəyin vasitəsilə nail olublar? Biz çox gözəl bilirik ki, onlar hansı formada, nəyin hesabına böyük məbləğdə pulları əldə edirlər. Məsələn, hansısa varlı qoca kişi  yanında saxladığı, gəzdirdiyi qızlara yalançı ərlər tapır.

Sonra bir gədəyə pul verir ki, saxladığı favoritikasıyla guya evlənmiş kimi özünü göstərsin. Onlar da həmin pulun müqabilində özlərini ər-arvad kimi təqdim edirlər.

Bəziləri hətta, gedib rəsmi nikaha girir. Bu gün çoxumuzun tanıdığı gənc müğənnilərin, aparıcıların, kimlərinsə ərləri pulla satın alınıblar. Sonra belə cütlüklər sosial mediada videolar, şəkillər paylaşırlar, efirlərə dəvət olunurlar. Hamı da baxıb onların xəstəsinə çevrilir”.

Psixoloqun sözlərinə görə, ən böyük bəla odur ki, insanlar həmin bahalı, bərbəzəkli həyatları efirlərdə, filmlərdə, seriallarda müşahidə edirlər və ağılsızcasına tutub yapışırlar ki, biz də belə yaşayaq: “Arzu-istəyə heç bir etiraz yoxdur. Amma onlar “bu həyatı necə əldə etmək mümkündür?” qismini fikirləşmirlər. Özü də mən bir şeyi anlamıram. Nəyə görə qadın bahalı həyatı öz ərindən tələb edir? Hüquq bərabərliyindən danışırlarsa, o deməkdir ki, onlar bu həyatı, qazancı birgə əldə etməlidirlər. Baxın, ənənəvi Azərbaycan ailəsində qadın əri ilə belə pul, dəm-dəsgah davası aparmır. Bu mübahisəni aparanlar özlərini guya müasir və qeyri-ənənəvi düşüncəli adlandıran qadınlardır”.

“Arvad ərindən heç nə istəyə bilməz.

Hər iki tərəf bərabərhüquqludur. İnsan ağıllı olmalıdır. Birgə əyləşib kişi papağını, qadın isə ləçəyini qarşısına qoyub düşünməlidir ki, ailə quranda kimə gedir. Bu qeyri-sağlam bünövrə üzərində qurulmuş ailələrin problemləri çoxdur. Arvad ərindən, yaxud da, ər arvadından müxtəlif şikayətlər edir.

Ailə müqəddəs bir dəyərdir, çoxları isə öz psixoloji problemləri ilə onu ucuzlaşdırır. Xoşbəxt, gözəl həyat yaşamaq üçün oturub fikirləşmək, təhsil almaq, xarici dil öyrənmək lazımdır. Ancaq belə halda sizin xoşbəxt və maraqlı həyatınız ola bilər. Lakin qupquru istəyə heç nə verilmir” – deyə, Elmir Əkbər bildirib.

DİGƏR XƏBƏRLƏR

Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq

Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq

Rusiyanın Novosibirsk şəhərində 36 yaşlı Natalya Ustinovanın qətli ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb. Proses.az lent.az-a istinadən bildirir…
“Bütün ölkə mənim dodaqlarımdan DANIŞIR” – VİDEO

“Bütün ölkə mənim dodaqlarımdan DANIŞIR” – VİDEO

Aparıcı Nigar Fərhad açıqlaması ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, o, müzakirələrə səbəb olan etdirdiyi dodaq dolğusundan danışıb. “Bütün…
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq

İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq

Aparıcı İlqar Mikayıloğlu yeni mövsümdən etibarən ekranlara qayıdır. Proses.az olay-a istinadən xəbər verir ki, o, ARB TV-də “Günə bax” adlı…
Qızının Alim Qasımovla paylaşımı – FOTO

Qızının Alim Qasımovla paylaşımı – FOTO

Xalq artisti Alim Qasımovun qızı Dilruba Qasımova paylaşımı ilə diqqət çəkib. Medianews.az olay-a istinadən bildirir ki, instaqramda yayımladığı fotoda sənətkar…
“Anam üçüncü dəfə övlad itkisi yaşadı”

“Anam üçüncü dəfə övlad itkisi yaşadı”

“Canım qardaşım, 40 gündür ki, bizdən ayrılmısan. Evin hər yerində, gözümüz səni axtarır… Sənin vəfatınla anamız üçüncü dəfə övlad itkisini…
Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icra kimə tapşırıldığı məlum olub. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu…
Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?

Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?

Noyabr ayında Bakıda keçiriləcək COP29 sammiti müddətində ümumi orta təhsil müəssisələrində payız tətilinin elan olunacağı, ali təhsil və peşə məktəblərində…
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

Son günlər əhali arasında kəskin baş-boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyə həm uşaqlarda, həm də…
Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib – FOTO

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım…
İsti yaydan sonra dəhşətli soyuqlar gəlir? – Vacib məlumat

İsti yaydan sonra dəhşətli soyuqlar gəlir? – Vacib məlumat

Araşdırmalar bu il dünyada ən isti yay fəslinin olduğunu ortaya çıxarıb. Adətən, insanlar yay qızmar keçəndə, qışın da sərt olacağını…
Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu

Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu

Aksizsiz malları və dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Proses.az xəbər verir…
“Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim” – 6 uşaq anasının məhkəməsi

“Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim” – 6 uşaq…

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1-ci (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə)…
Ağayevin vəkilindən SƏRT SÖZLƏR: “Medera Hospital” bu görüntüləri…

Ağayevin vəkilindən SƏRT SÖZLƏR: “Medera Hospital” bu görüntüləri…

Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”ı məhkəməyə verməsinin detalları məlum olub. Sənətçinin vəkili Asif Mustafayev Oxu.Az-a açıqlama verərək A.Ağayevin hospitalı…
“Gələn həftədən həyatımda yeni səhifə açacağam“

“Gələn həftədən həyatımda yeni səhifə açacağam“

“Gələn həftədən həyatımda yeni səhifə açacağam”. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) deyib. O bildirib ki,…
Mehriban Ələkbərzadə Rozanın oğulluğunu işdən çıxardı

Mehriban Ələkbərzadə Rozanın oğulluğunu işdən çıxardı

Akademik Milli Dram Teatrının direktoru Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarıb. Medianews.az pravda.az-a istinadla xəbər verir ki, bu barədə…