• 16.12.2023 00:51

“Hophopnamə” Kitab Mərkəzinin açılış mərasimi baş tutdu – FOTOLAR

“Hophopnamə” Kitab Mərkəzinin açılış mərasimi baş tutdu – FOTOLAR

Sabirabad rayon Mədəniyyət Mərkəzi çoxfunksiyalı Mədəniyyət mərkəzinə çevrilib.

Proses.az xəbər verir ki, Sabirabad rayon Mədəniyyət Mərkəzinin çoxfunksiyalı mərkəzə çevrilməsi istiqamətində Mədəniyyət Nazirliyinin müvafiq tapşırıq və tövsiyələri əsasında Mil-Muğan Regional Mədəniyyət İdarəsi tərəfindən bir sıra layihələr həyata keçirilir.

Həmin layihələr çərçivəsində Mərkəzdə “Hophopnamə” Kitab Mərkəzi, əməkdaşların yeni təlim mərkəzi, yeni rəsm və rəqs studiyaları yaradılıb. Regionda ilk dəfə həyata keçirilən bu layihə mədəniyyət sahəsində dövlət-özəl sektorun əməkdaşlığının nəticəsidir.

“Hophopnamə” Kitab Mərkəzinin, eyni zamanda əməkdaşların yeni təlim mərkəzinin, rəsm və rəqs studiyalarının açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, yazarlar, mədəniyyət xadimləri, regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.

Qonaqlara öncə Kitab Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilib, burada ölkənin müxtəlif nəşriyyatlarının stendlərinin yaradıldığı, onların nəşr etdiyi kitabların yerləşdirildiyi, həmçinin, bu mərkəzin resurslarından istifadə edən kontingentə çay, kofe və s. kimi xidmətlərin göstəriləcəyi, eyni zamanda, mərkəzdə müxtəlif ədəbi-bədii gecələrin, kitab təqdimatlarının, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin, ustad dərsləri və oxu günlərinin təşkil ediləcəyi bildirilib.

Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə, kitaba və mütaliə mədəniyyətinin inkişafına olan diqqət və qayğısını nəzərə alaraq, Ulu Öndərin 100 illik yubileyinə töhfə kimi yaradılmış “Hophopnamə” Kitab Mərkəzinin konseptual olaraq respublikada ilk çoxfunksiyalı müasir kitab mərkəzi olduğu vurğulanıb.

Qeyd olunub ki, ilkin mərhələdə ölkənin nüfuzlu nəşriyyatları üçün ayrılmış stendlər də yer alır, həmçinin, Mərkəzdə regionda fəaliyyət göstərən sənətkarların yaratdığı incəsənət nümunələrinin, yaradıcı şəxslərin əl işlərinin yer aldığı stendlər mövcuddur.

Çoxfunksiyalı Mərkəzdə yerləşdrilmiş müşahidə kameraları vasitəsilə Mərkəzin fəaliyyətini onlayn izləməyin mümkün olduğu, eləcə də onlayn satış sisteminin yaradılacağı qonaqların diqqətinə çatdırılıb. Müasir kitab mərkəzinin yaradılmasının regionda əhaliyə göstərilən mədəni xidmətlərin keyfiyyət göstəricilərinin yüksəldilməsində əhəmiyyətli rol oynayacağı bildirilib. Daha sonra qonaqlar rəsm və rəqs studiyalarının, həmçinin təlim mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Mərkəzlə tanışlıqdan sonra çıxış edən Fərid Cəfərov, Siraqəddin Cabbarov və digərləri, mütaliə mədəniyyətinin yüksək səviyyəsinin formalaşdırılmasında, eyni zamanda yeniyetmə və gənclərdə kitaba marağın artırılmasında “Hophopnamə” Kitab Mərkəzinin yaradılmasının önəmli töhfə olduğunu vurğulayıblar. Bundan əlavə, regionda çoxfunksiyalı Mədəniyyət Mərkəzinin yaradılması təqdirəlayiq hal kimi qiymətləndirilib.

Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək, “Hophopnamə” Kitab Mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə təşəkkürünü bildirib, açılış mərasiminə təşrif buyuran qonaqlara minnətdarlığını ifadə edib.

Tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq İncəsənət Festivalında uğurla iştirak etmiş uşaqların ifasında konsert proqramı ilə davam edib.

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…