- 16.12.2023 09:35
“Təslim olan Ukrayna hərbçilərinin sayı kəskin artıb” – Putin
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, son vaxtlar təslim olan ukraynalı əsgərlərin sayı kəskin artıb.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o Duma fraksiyalarının liderləri ilə görüşündə deyib.
“Əsir kimi təslim olan Ukrayna hərbçilərinin sayı kəskin artıb”, – Putin vurğulayıb.
O, həmçinin əsirlərin dəyişdirilməsi üzrə işlərin aparıldığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi dekabrın 9-dan dekabrın 15-dək Ukrayna Silahlı Qüvvələrinin 80-dən çox əsgərinin könüllü təslim olduğunu və ya Rusiya hərbçiləri tərəfindən əsir götürüldüyünü açıqlamışdı.