- 17.12.2023 22:03
Daha bir tererorçu öldürüldü – FOTO

PKK/YPG terror təşkilatının daha bir məsul şəxsinin zərərsizləşdirildiyi məlum olub.
Proses.az lent.az-a istinadən bildirir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının dekabrın 5-də Türkiyə sərhədindən 230 km məsafədə, Suriyanın Deyrizor şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində “Roni Velat” kod adlı Şirvan Hasanı öldürülüb.
Şirvan Hasanı 2012-ci ildə Trabzonda Jandarma Komandanlığına partlayıcı qurğu ilə həyata keçirilən və 3 əsgərin yaralanmasına yol açan terror aktında iştirak edib. O, 2023-cü ildən Deyrizorda PKK/YPG-nin məsul şəxsi olub.