- 18.12.2023 16:27
“Qarabağ”ın rəqibi bəlli oldu
Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası bu raundda Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” bu komanda ilə ilk matçını fevralın 15-də səfərdə keçirəcək. Cavab qarşılaşması isə fevralın 22-də Bakıda olacaq.