• 28.12.2023 15:34

Hafiz Babalı işində yeni detallar

Hafiz Babalı işində yeni detallar

Azərbaycanda fəaliyyət göstərən bir sıra media və QHT-lərin xaricdən maliyyələşməsi və əks-dövlət fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar bu prosesin nə qədər dərin və əhatəli olduğu barədə deyilənləri təsdiqləyir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, illər ərzində milyonlarla vəsait Azərbaycanda xaricdən idarə olunan və dövlətə qarşı təhdid kimi istifadə edilən şəbəkənin formalaşmasına, sadə vətəndaşlardan tutmuş vətəndaş cəmiyyəti institutlarına və dövlət orqanlarına qədər kök atmasına sərf olunub. Bu prosesin təşkilatçıları qanunları kobud şəkildə pozmaq, beynəlxalq qanunvericiliyin yaratdığı imkanlardan sui-istifadə etməkdən belə çəkinməyiblər. Müxtəlif ölkələrdə nağdlaşdırılan vəsaitlər kuryerlər vasitəsilə qeyri-qanuni olaraq Azərbaycana keçirilib, adsız kartlardan, “xidməti müqavilələrdən” istifadə olunub. İnsanlara demokratiya dərsi keçən,  ədalət, fəaliyyət azadlığı, qanunçuluq tələb edən şəxslər bilavasitə bu prosesdə iştirak ediblər.

Ortaya çıxan hər yeni fakt yerli və xarici iştirakçıların dairəsini genişləndirir, axıdılan maliyyənin həcmi isə astronomik sürətlə çoxalır.

Bu günlərdə məlum olub ki, “Abzas Media”nın əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanılmış və dekabrın 24-də Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham edilərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı uzun illər ərzində qrant layihələri ilə bağlı xarici təşkilatlarla və fondlarla əlaqələr qurub, onların tapşırığına dair araşdırmalar aparıb və məqalələr hazırlayıb.

Bu təşkilatların sayı və miqyası da heyrətamizdir:

– Fritt Ord Foundation (Azad Söz Fondu, Norveç);

– Human Rights Foundation (İnsan Hüquqları Fondu, ABŞ);

– Global İnvestigate Journalism Network – GİJN (Qlobal Araşdırma Jurnalistika Şəbəkəsi, ABŞ);

– Berlin Risk Advisors GmBH və ALL AML GmBH (Maliyyə cinayətlərinin araşıdrılması ilə məşğul olan təşkilatlar, Almaniya);

– OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə Layihəsi, ABŞ, Soros Fondu);

– Forbidden Stories (Qadağan Olunmuş Hekayələr, Fransa).

Hafiz Babalının fəaliyyət göstərdiyi layihələrə xaricdəki söyüş müxalifətinin əsas simaları da yaxından cəlb olunub.

Hesab etmək olar ki, “Abzas Media” ilə bağlı başlanmış istintaq tədbirləri ilə əlaqədar üzə çıxan faktlarda açıqlandıqca, bu miqyas daha da genişlənəcək. Bu baxımdan, hazırda həbsdə olan “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaşı Nərgiz Absalamovanın da açıqlamalarının geniş ictimai rezonans doğuracağı şübhəsizdir.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…