- 30.12.2023 11:07
Nastya çılpaq partiyə görə cərimələndi – Foto
Xəbər verdiyimiz kimi, aparıcı Nastya İvleeva bir neçə gün əvvəl çılpaq parti təşkil etmişdi.
Axşam.az xəbər verir ki, Moskvanın Lefortovo Məhkəməsi aparıcını 100 min rubl (təxminən 1880 manat) cərimə edib.
İvleyeva İnzibati Xətalar Məcəlləsinin 20.2.2-ci maddəsinin 1-ci hissəsi (“İctimai yerlərdə vətəndaşların eyni vaxtda kütləvi olmasını və ya ictimai qaydanın pozulmasına səbəb olan hərəkətin təşkil etmə”) ilə təqsirli bilinib.
Qeyd edək ki, partidən qəzəblənən ictimai fəallar hadisədən şikayətləniblər. Onlar Lolita, Kseniya Sobçak, Filip Kirkorov, Dima Bilan kimi tədbir iştirakçılarının əsas televiziya kanallarında çıxışına qadağa qoyulmasını tələb ediblər.