- 02.01.2024 17:51
Tanınmış jurnalist: “Nədir Zeynəb Xanlarovaya olan bu nifrət yağışı?”
Hər il olduğu kimi bu il də yeni ilə ilk qədəmləri Xalq artisti Zeynəb Xanlarova Azərbaycan Televiziyasında çıxışı ilə başladıq. Ancaq onun ifası bu dəfə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Kimisi artıq Xalq artistinin qocaldığını, kimisi də daha onun mahnıları ilə yeni ilə qədəm qoymaq istəmədiyini bildirdi.
Moderator.az xəbər verir ki, tanınmış jurnalist Əzizə İsmayılova Xalq artistinin çıxışına münasibət bildirib:
“Siz Allah Zeynəb Xanlarova sizə nə edib? Zeynəbə ildə bir dəfə, 10 dəqiqədə, baxmaq istəməyən üçün alternativ o qədər kanal var ki… Hamısında eyni simalar oxuyur, Zeynəbdən başqa. Nədir bu nifrət yağışınızın səbəbi? Zeynəbi tanımamaq və ya tanıtmamaq qəhrəmanlıqdır yoxsa müasirlik, onu da anlamadım.
Ayıbdır, sadəcə. Eybəcər olan Zeynəb deyil, ona baxan gözün daşıdığı ürəkdir. Hər kəs görə bildiyini görür.
80 il yaşayın, şəklinizi çəkmədən güzgüdə özünüzə baxarsınız”.