• 21.01.2024 18:18

Gəncəli “qanuni oğru” İrana köçmək istəyir

Gəncəli “qanuni oğru” İrana köçmək istəyir

“Quli”nin qətlinə görə Azərbaycanda həbs  

Rusiyada azərbaycanlı kriminallar arasında yenidən savaş başladığı haqda xəbərlər artmağa başlayıb. Rusiya mediası yazır ki,  savaşda  “qanuni oğru” Ülfət Tağıyev (“Rufo  Gəncinski” ), Namiq Canıyev (öldürülmüş “qanuni oğru” Rövşən Canıyevin qardaşı) və Zaur Əhmədov (Rövşənin qohumu) birgə fəaliyyət göstərirlər. Onlara qarşı duran tərəf isə Namiq Səlifov (öldürülmüş “qanuni oğru” Nadır Səlifovun qardaşı) və ona dəsrək verən “kriminal general” Vaqif Süleymanovdur (“Vaqif Diplomat”).

“Vaqif Diplomat” ləqəbi ilə tanınan kriminal avtoritet Vaqif Süleymanov uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində “Azərbaycan mafiyası”nın ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur.

maxres2.jpg (41 KB)

Teref.az publika.az-a istinadla xəbər verir ki, 2001-ci ildə taclandırılan Vaqif Süleymanov biznes və ticarət sahəsindəki fəaliyyəti ilə də tanınır. Vaqif Mədət oğlu Süleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis, ya da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb. Vaqif Süleymanovun həyatının Bakı dövrü barədə çox az şey məlumdur. Təsdiq olunmayan məlumata görə, o, hələ cavan ikən həbsxanaya düşsə də, azadlığa çıxandan sonra Bakıya qayıdıb. Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər.

Mənbənin sözlərinə görə, 2024-cü ildən başlayaraq Namiq Səlifov və Vaqif Sülüymanovun silahlıları Moskvada, eləcə də Rusiyanın digər bölgələrində  “Rufo”nun adamlarını  “sıxmağa” başlayıblar. Məsələn, “Rufo”nun  adamı Qazaxıstanda vəhşicəsinə döyülüb. Bütün bu qarşıdurmalar təkcə döyülmələrlə deyil, həm də atışma və sui-qəsd cəhdləri ilə müşayiət olunur. Nəticədə, “Rufo” Rusiyanı tərk etmək məcburiyyətində qalıb və  onun hazırda Misirdə olduğu deyilir.

quli.jpg (77 KB)

İddia olunur ki, guya  Ülfət Tağıyev  bu ölkədə özünü təhlükəsiz hiss etmir və İrana köçmək üçün danışıqlar aparır. Bildirilir ki, “Rufo” və Rövşən Canıyevin yaxınları “Lotu Quli”nin qardaşının başına 5 milyon dollar mükafat vəd ediblər. Namiq Səlifovun da analoji məbləğdə mükafatı “Rufo”nun başına qoyduğu deyilir.  

“Rufo Gəncinski” 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub, mərhum “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) ən yaxın adamlarından sayılırdı. “Gəncinski” 2012-ci ildə Dubayda- “Lənkəranski”nin  Moskvada hökmranlıq edən “Ded Xasan” klanı ilə qarşıdurmanın qızğın vaxtında “qanuni oğru” adı alıb. 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları tərəfindən Moskvada saxlanılıb. O, Lyublinsk bazarının təsisçilərindən birini, öz həmvətəni olan Elham Əliyevi güllələyib.

8 illik cəzasını çəkdikdən sonra onun Rusiyadan deportasiya ediləcəyi gözlənilirdi. Etibarlı mənbələrdən sızan məlumata görə, “Rufo”nun deportasiyası ilə bağlı hüquq-mühafizə orqanlarında fikir ayrılığı yaranıb. Nəticədə o, məntəqədən buraxılıb və  bir müddət Moskvada yaşayıb. Ü. Tağıyevin rusca danışmaqda çətinlik çəkdiyi haqda da yazılır. Gülməli bir əhvalat var ki, gürcü “qanun oğru” Badri Kvejoyeviç “Rufo” ya “aktual məsələləri” müzakirə etmək üçün zəng edib. Rus dilini zəif bildiyi üçün bir neçə dəfə həmsöhbətinə “əzizim” deyə müraciət edib. Kvejoyeviç bundan inciyərək  telefonu qapadıb.

e7b3348e4dae92ab837a4607a91d4ff1_1509622945.jpeg (387 KB)

“Primecrime” saytı isə yazır ki, Ülfət Tağıyevin yaxın adamı  Elçin Saatlinski Azərbaycanda saxlanılıb. O, 2020-ci ildə Nadir Səlifovun (Lotu Quli) qətlində, 2023-cü ildə isə onun qardaşı oğlu Məhəmməd Qurbanova (“Maqa Rustavski”) qarşı sui-qəsddə əli olub.

Bildirilir ki, “qanuni oğru” Elçin Saatlinski sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanılıb və hazırda istintaq təcridxanasındadır. Həmçinin, onun üzərindən 3 kq amfetamin götürülüb.

“Lotu Quli”nin bacısı oğluna sui-qəsd sentyabrın 19-da İstanbulda baş verib. Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları olan iki mühafizəçisi ilə hərəkət edərkən ona atəş açılıb. Onun mühafizəçilərindən biri öldürülüb, digəri isə yaralanıb.

Musavat.com

DİGƏR XƏBƏRLƏR

İftarda edilən bu səhvlər infarkt edə bilər

İftarda edilən bu səhvlər infarkt edə bilər

Ramazan ayında iftar və sahurda edilən bəzi yanlış qidalanma vərdişləri infarkt riskini artıra bilər. Milli.Az xəbər verir ki, həkim Gökhan…
Azərbaycanlı ifaçının aylıq qazancı dodaq uçuqlatdı

Azərbaycanlı ifaçının aylıq qazancı dodaq uçuqlatdı

Məşhur müğənni Kəmalə Günəşli ATV-də yayımlanan “Rəngarəng verilişində aylıq qazancını açıqlayıb. Müğənni bəzi aylarda təxminən 70-80 min manat qazandığını bildirib.…
Bakıda məşhur restoranların fantastik iftar qiymətləri – SİYAHI

Bakıda məşhur restoranların fantastik iftar qiymətləri – SİYAHI

Bakı şəhərində məşhur restoranların iftar menyuları açıqlanıb. Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bir nəfər üçün nəzərdə tutulan iftar menyularının…
Qazaxıstanda zirehli texnikaya Hökumə Əliyevanın adı verildi

Qazaxıstanda zirehli texnikaya Hökumə Əliyevanın adı verildi

Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adı verilib. Proses.az oxu.az-a istiadən xəbər verir ki, bu…
Yas çadırı qurub geri qayıdırlarmış – Ölənlərin sayı 6-ya çatdı – Fotolar

Yas çadırı qurub geri qayıdırlarmış – Ölənlərin sayı 6-ya…

Dünən axşam saatlarında Ağcabədi rayonu Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb. “Qafqazinfo”nun…
Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib – FOTO

Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib –…

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Ramazan ayının başlaması ilə bağlı paylaşım edib. Proses.az paylaşımı təqdim edir:
“Barselona” prezidentindən İlham Əliyevə hədiyyə – Fotolar

“Barselona” prezidentindən İlham Əliyevə hədiyyə – Fotolar

Azərbaycan Prezidenti İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib. Proses.az xəbər verir ki, qəbula görə dövlət başçısına…
“Gəlinimi aylarla görmürəm, nəvəm məni TANIMIR” – VİDEO

“Gəlinimi aylarla görmürəm, nəvəm məni TANIMIR” – VİDEO

Yenicag.az-ın “Əcəbsəndəl” layihəsinin qonağı olan şairə və qiraətçi Nazilə Səfərli açıqlaması ilə diqqət çəkib. Oğlunun ailəsindən danışan məşhur aylarla gəlini…
DYP-dən səfərə çıxan sürücülərə MÜRACİƏT

DYP-dən səfərə çıxan sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərə müraciət edib. Bu barədə İdarədən məlumat verilib. Bildirilib ki, sinoptiklərin məlumatına əsasən əlverişsiz…
“Qarabağ”ı “Ferentsvaroş”a dəyişən Romao öz qapısına baxımlı qol vurdu – VİDEO

“Qarabağ”ı “Ferentsvaroş”a dəyişən Romao öz qapısına baxımlı qol vurdu…

“Qarabağ”dan ayrlıb Macarıstanın “Ferentsvaroş” klubuna keçən Julio Romao yeni klubunda öz qapısına qol vurub. Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki,  o,…
Azərbaycanda şirkət direktoru istefa verdi

Azərbaycanda şirkət direktoru istefa verdi

“Gəmi Təmir Tikinti” ASC-nin direktoru Həsənağa Həsənov vəzifəsindən istefa verib. Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, öz xahişi ilə…
Üzərində 200 balıqçının olduğu buz qopdu – Kömək gözləyirlər – VİDEO

Üzərində 200 balıqçının olduğu buz qopdu – Kömək gözləyirlər…

Rusiyanın Saxalin vilayətində təqribən 200 balıqçı buz parçasının qopması nəticəsində köməksiz qalıb. Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb. Bildirilib…
“Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir” – VİDEO

“Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir” – VİDEO

Keçmiş Təhsil naziri Misir Mərdanov açıqlaması ilə diqqət çəkib. O, qonaq olduğu “Həftənin qonağı” verilişində  geyimləri barədə maraqlı açıqlama verib.…
Əməliyyatda ölən 23 yaşlı Türkanın nişanından VİDEO

Əməliyyatda ölən 23 yaşlı Türkanın nişanından VİDEO

Əlindəki ziyili götürmək üçün xəstənaya müraciət edən və orada vəfat edən 23 yaşlı Türkanın nişan görüntüsü sosial şəbəkələrdə yayılıb. Milli.Az…
Fatimə Mövlamlı saxlanıldı

Fatimə Mövlamlı saxlanıldı

Jurnalist Fatimə Mövlamlı saxlanılıb. O, “Meydan TV” işi ilə əlaqəli cinayət işinə görə tutulub. F.Mövlamlı barəsində qətimkan tədbirinin seçilməsi üçün…