• 24.01.2024 10:53

Tanınmış həkim çağırış etdi: “Kimin vicdanı varsa, toppuş xanımları şikəst etməsin”

Tanınmış həkim çağırış etdi: “Kimin vicdanı varsa, toppuş xanımları şikəst etməsin”

Son dövrlər Hippokrat andına xəyanət edərək pasiyentlərinə sadəcə biznes obyekti kimi baxan həkimlərin sayı durmadan artır. İnformasiya bolluğunda tez-tez belə xəbərlərlə qarşılaşırıq. Gəlir gətirən sahələrdən biri də biznesmen həkimlər üçün mədəkiçiltmə əməliyyatlarıdır. Fəsadları izah olunmur, dieta və idmana yox, məhz əməliyyata sürüklənir çəkisi ilə kompleks yaşayan xanımlar. Azərbaycanda üzdə olan xanımların mədəkiçiıtmə əməliyyatından sonra ağır xəstəliklərə düçar olub, cavan yaşda həyatdan köçməsi heç kimə sirr deyil. Biraz araşdırma aparsaq, hər kəsin bu əməliyyatın fəsadından əziyyət çəkən bir yaxınının olması faktına rast gələrik.

Tanınmış həkim Aytən İsmayılzadə mədəkiçiltmə əməliyyatının fəsadlarından danışaraq xanımlara bu yoldan çəkinməyə çağırış edib. Moderator.az Aytən xanımın sözügedən çağırışını təqdim edir:

“Xanımlar, dəyərinizi bilin. Yeyib – içib kökəlib sonra da bıçağı verirsiz cərraha ki, “Al mənim mədəmi kəs tulla, al bu da üstündə neçə min pul”.

Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək. İndi kimlərsə fikir bildirə bilər ki, mən yarımcan filan deyiləm, əlləri qızı doktorum məni fit qız eləyib”. Elə deyil. Bu cahillikdən başqa şey deyil. Elə intihar kimi bir şeydir öz kefimizdən sağlamlığa cavabdeh olan bir yerimizi kəsdirib tullamaq.. Siz elə başa düşürsüz ki, problem mədənin böyük olmasındadır ki, bədən kökəlib? Xeyr. Problem bizim zehnimizdədir. Hər nədən ötrü, əsəbdən, zövqdən və s ötrü yemək.. O zehinlə ki, özümüzü kiçik görürük. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda o boyda vacib orqanı tikə para edib atırıq zibilə? Niyə? Az yeyək deyəmi? Bəs dəyərmi? Az yeyək deyə, sadəcə az yeyib arıqlayaq deyə bu cür nizamlı balansı pozmaq olarmı? Günah deyilmi? Əbəttə günahdır! Bunu edənə də, etdirənə də günahdır. Mən sizinlə tam səmimiyəm, xanımlar, dəyərinizi bilin. Fiziki bədəniniz ruhunuz evidir. Onu düzgün bəsləyin. Onu istədiyiniz kimi zədə verərək düzəltməyə ixtiyarınız yoxdur. Biz bizə məxsus deyilik. Biz özümüzü yaratmadıq. Necə ki bir ana uşağının barmağına iynə batsın istəməz, o cür də özünüzə yanaşın. Qoruyucu və sevərək!

Mədə bir orqan olaraq sadəcə yemək kisəsi deyil ki, dibi kəsilib tikilsin. Mədənin hissələri bir birini təkrar etmir və hər tərəfi müəyyən hormon maddələr və buraxır. Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsiıib tikilməsi ilə mədə bir deyil. Əməliyyatın adı isə mədəkiçiltmə yox, Mədə kəsilmə olmalıdır. Çünki sadəcə mədə kiçilmir, mədə kəsilərək dəyişir. Və bu dəyişən orqan artıq mədə olmur.

Biz mədəmizi ancaq onu və özümüzü qorumaq məqsədilə kəsdirə bilərik. Məsələn, mədə xərçəngi zamanı. Öz görünüşümüzə görə deyil.

Deyək ki, bəzi insanları başa düşdük, xanımdır, başa düşmür bu hissəsini, ancaq görüntü axtarır. Bəs öz xalqıma xas toppuş qızların da mədəsini kəsməyə əlini bulaşdıran həkimlərə nə deməli?

Bu ki faciədir! Buna aid instaqramda çoxsayda reklam şəkilləri var. Öncə və sonrası çox da fərqlənməyən şəkillər. Sadəcə dəhşətdir.
Heç bir səhiyyə sistemindən insan isə çıxıb “dur” demir. Belə işlərə görə o cür həkimlərə ümümiyyətlə əməliyyat etməyi qadağan etməlidirlər. Lakin bu bu günkü dunyada mumkun deyil.

Bu əməliyyatı icra edənlər deyə bilər ki, ay artıq çəki, dizlər, ürək, təzyiq, şəkər və s. Yəni bu problemlərə gətirir. Tamam. Artıq çəki özü bir problemdir. Ancaq pozulmuş sistemin nəticəsi olaraq bir problemdir. Məgər mədə kəsiləndə pozulmuş sistem qaydaya düşür? Lap da pisləşmirmi? Mədə kəsilibsə bir çox minerallar sorula bilmir, zulal yaxşı həzm olmur, kimdəsə öyümə qusma olur, insan normal həcmdə qidalana bilmir. Bu günə qədər olan orqanizm isə əvvəlki kimo tələb edir. Balans pozulması dərinləşir. Ruhun qocalması sürətlənir. Bu gedişlə hər cür xəstəliyin sürətlənməsi gözlənilir. Bədən iflas edir…

Hər kəsin ki, vicdanı varsa toppuş xanımları şikəst etməsin. Hər kəs ki, bu işdə peşman olubsa ətrafına bunu bildirsin. Video çəkib paylaşsın. Heç kim heç kimin kopyası olmalı deyil. Həyatımızın hər dövründə də eyni olmalı deyilik. Buna məcbur deyilik. Bizi buna məcbur edən yenə zehnimizdir. Sosial şəbəkələrdən, ətrafdan hərənin bir daş atdığı zehnimiz.

Və peşman olan xanımlar bunu bir xəstəlik üçün etdiyinə özünü inandırsın. Özümüzü buna inandıraq ki, ruhumuz bizdən əvəz çıxmasın.
Ola bilər bu yazım kimlərisə demotivə edər, həyat davam edir, özünüzdən üzr istəyin, və ola biləcək ən gözəl şəkildə bədəninizi qorumağa, sağlam tutmaağa davam edin.

Ona görə yazdım ki, bu yola getmək istəyən xanımlar bir daha düşünsün, doğru yol seçsinlər. Yeyəndə də, yeməyəndə də özümüzə zərər vurmamalıyıq”.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…