- 25.01.2024 11:50
Zeynəb anasından danışıb, göz yaşlarına boğuldu: “Baş verənlər…”
“Mən demişdim ki, heç vaxt ağlamayacağam. Çünki mənim atam var. İstəmirəm ki, pis olduğumu görsün”.
Proses.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni müsahibələrinin birində deyib.
Anasının ölümündən söz salan ifaçı göz yaşlarına hakim ola bilməyib:
“Anam dünyasını dəyişəndən sonra… Qocalmaqmı deyirlər, nə deyirlər, bilmirəm. Qəlbən qocaldım… ( Ağlayır) Mən ana olmadan anasızlığı bildim. Mən istəmərəm mənim yaşadıqlarımı övladım yaşasın. Həm yaşadıqlarıma, həm də yaşıma görə baş verənlər ağır oldu”.